21
mümkünlüyü barədə söyləmışdir) insan
Günəş enerjisinin və
bəsit kimyəvi qeyri-üzvi maddələrin hesabına bitkilər kimi
özünə qida məhsulları sintez edə bilər (“biokimyəvi model”)
və o, buna məhkumdur. Bu modelin də çoxlu sayda
tənqidçiləri – “insan bitki kimi yaşayış tərzi sürə bilməz”-
söyləyərək onu tənqid atəşinə tutdular. Doğrudan da, hər
şeydən qabaq, bitkilər fotosintez yolu ilə havanın karbon
qazından və sudan özləri üçün lazım olan üzvi birləşmələri
(avtotrof üsulla) sintez edə bilirlərsə, insanda təbii olaraq bu
cür yaşam tərzi mövcud deyildir. Axı onun havadan istifadə
etdiyi qaz karbon qazı deyil, oksigendir ki, bu da zülal
əmələ gətirə bilməz. İnsanın özünə zülal əldə etməsi üçün
təbii ki, ona heterotrof həyat tərzi gərəkdir ki, bu da bitki və
heyvan qida məhsullarından fasiləsiz olaraq istifadə
etməsidir. Bu səbəbdən də o, hələki Vernadskinin dili ilə
desək, özü-özünə yaşamaq imkanından məhrum, biosferanın
quluna çevrilmişdir.
Fərziyyələrə görə, ilk insanın yaranma günündən bu
vaxta qədər təxminən 70 milyon il keçməsinə baxmayaraq,
o hələ də təbiətin (biosferanın) istismarı ilə məşğuldur. İndi
Yer üzərində əhalinin sayı 7 milyarda qədərdir və bu rəqəm
gündən-günə durmadan artır. Bir yandan ekoloji fəlakətlər,
digər tərəfdən isə qida məhsulları qıtlığının son həddə gəlib
çatması insanın yırtıcı heyvanlardan fərqli, əqlin
mühakiməsinə əsaslanan – alternativ yolla həyat tərzini
qurmasını tələb edir. Bu hansı yoldur? Hələ bilmirik.
Həddən ziyadə çıxılmaz bir mənzərə yaranmışdır.
Lakin hər şeyi zaman yerbəyer edir. Bizlər qlobal
kataklizmin astanasında dayansaq da, təbiət bundan ötrü heç
bir narahatçılıq keçirmir. O, özünü xilas etmək üçün ən
kritik vəziyyətlərdə belə lazımi imkanlar – çıxış yolları əldə
edə bilir, buna görə bizdən heç nə soruşmur və buna ehtiyac
da duymur. Çünki Ana torpaq – Yer insan əlindən özünün
narahatçılığını hiss etdikdə, o, bu problemi çox asanlıqla
23
Müasir elmin nəaliyyətlərini danmaq insafsızlıq olardı.
İndi kosmos əsri, elektronika dövrüdür. Amma təbiətin
saysız-hesabsız, ağlagəlməz dərəcədə möcüzələri vardır ki,
insan bunları qavramaqda və fəlakət gətirən hadisələrin
qarşısını almaqda acizdir. Hətta bizə ən primitiv görünən və
addımbaşı rastlaşdığımız fenomen xüsusiyyətlərə malik
proseslər vardır ki, onları dərk edə bilmirik, məsələn, Yerin
və ya başqa planetlərin cazibə qüvvəsi, maqnit sahəsi və s.
Nədir cazibə, nədir maqnit? Elmi göstərişlərə görə cazibəni
yaradan qravitonlardır, bəs bu qraviton dediyimiz
substansiyanın özü nədir, elektrondurmu, pozitrondurmu,
axı nədir? Bilmirik. Eləcə də maqnit selinin özü nədir? Yenə
də susuruq. Kainat hüdudsuz, sonsuzdursa, deməli onu
öyrənən elmin yolu da hüdudsuzdur, sonsuzdur. Bizim bu
vaxta qədər bildiklərimiz bilmədiklərimizin milyonda birini
də təşkil etmir. Buna görə də müasir elmin ümdə
vəzifələrindən biri də bu olmalıdır ki, heç bir kənar
təfərrüatlara
uymadan,
paranormal
hadisələrin
öyrənilməsinə istiqamət götürsün, qorxmasın, çaşmasın,
sübuta yetirməyə çalışsın. O alimlər alicənab sayılırlar ki,
onların dilində “bu ola bilməz” anlayışı yoxdur, əksinə,
onlar: “tədqiq etməyə çalışarıq, müəyyən nəticəyə gəldikdən
sonra
sözümüzü
deyərik”
ifadəsini
işlədirlər.
Günəşiyeyənlərin öyrənilməsi prosesinə çoxlu sayda elm
adamları skeptik yanaşırlar, halbuki onların əlində
qaranlıqda közərən çıraq kimi tədqiqat obyekti vardır, həm
də bu obyekt insanın özüdür. Allahın yaratdığı varlıqlar
içərisində insandan mürəkkəb quruluşa malik bəlkə də ikinci
bir qurğu yoxdur. Biz hələ özümüz özümüzü tam öyrənib
başa çıxmamışıqsa, niyə başqa məkanlarda tədqiqat
obyektləri arayırıq? Biz bizi əhatə edən bütün varlıqlarla
yanaşı kosmosda yaşayırıq. Kosmik
fəza isə tükənməz enerji
ilə doludur və bu enerjidən bütün substansiyalar – planetlər,
asteroidlər, bitkilər, heyvanlar, quşlar, insanlar və s. istifadə