37
naminə
“terroformalaşma” prinsipi apararaq bu planetlərə
içərisində mikroorqanizmlər olan pilotsuz kosmik gəmilər
göndərmişlər. Bu nəzəriyənin xeyrinə olaraq onlar iki əsas
şeyin – genetik kodun universallığını (universal koddan az
fərqlənən başqa genetik kodlar da biosferada vardır) və bir
sıra fermentlərdə molibden elementinin əhəmiyyətli rolunun
olmasını dəlil gətirirlər. Molibden bütün Günəş sistemi üçün
nadir elementdir. Müəlliflərin fikrinə görə, ilkin sivilizasiya
ola bilsin ki, molibdenlə zəngin ulduzlar ətrafında olmuşdur.
Lakin panspermiya nəzəriyyəsi (o cümlədən, idarə olunan)
həyatın nədən əmələ gəlməsi məsələsini göstərmir, onlar
daha sonra belə bir fikir irəli sürürlər: bizə məlum olmayan
başqa planetlərdə ilk başlanğıcda həyatın formalaşması
Yerdəkindən dəfələrlə üstün, yüksək katalitik aktivliyi olan
xüsusi növ mineralların olması səbəbindən olmuşdur. 1981-
ci ildə
F.Krik yazmış olduğu
"Life itself: its origin and
nature" kitabında hərtərəfli və bir az da populyar formada
idarə olunan panspermiyanı şərh etmişdir.
Bu gizli deyil ki, insan yaşayan məxluqdur. Bizim hər
birimizin daxilində və bədənimizin üst hissəsində
miliyonlarla canlı varlıqlar – viruslar, bakteriyalar,
parazitlər, göbələklər məskunlaşmışlar. Lakin bütün
bunların nümayəndələrinin təbiətləri əhəmiyyətli dərəcədə
öyrənilmişdir.
Amma alimlər son vaxtlar müəyyən etmişlər ki, insanlarda
yeni həyat tərzi forması kimi özünü göstərən – “kürəşəkilli
nanobaklteriyalar” mövcuddur
{22-27}. Bu bakteriyaların
ölçüsü 20-100 nanometr təşkil edir. Buna görə də onlara
“nanobakteriya” adı verildi. Nanobakteriyalar haqqında ilk
məlumatı hələ keçən əsrin 90-cı illərində geotermal
mənbələrin analizi zamanı Texas universitetinin
həkimi
Robert Folk vermişdir. Bu kiçicik kürəciklərin heyvanlarda
yayılmasını
Olavi Kayander və
Neva Ciftçioğlunun
rəhbərliyi altında Kuopio Universitetinin bir qrup fin
39
yaşamışdır, və nə qədər təəccüblü olsa da, onlardan
qalandırlar. Yeri gəlmişkən, NASA tədqiqatçılarının orbital
eksperimentlərinə
görə,
kosmik
uçuşlar
da
nanobakteriyaların inkişafı üçün faydalıdır. Çəkisizlik
şəraitində onlar Yerdəkindən 5 dəfə artıq çoxala bilirlər.
Almaniyanın Ulmsk Universitetinin
həkimi Andrey
Zommer və onun kolleqası Böyük Britaniyanın Kardiffsk
Universitetinin
professoru Çandra Vikramasinqx də
kürəcikərin kosmosdan gəlməsinə şübhə ilə yanaşırlar. İndi
onlar Yerdə özlərini hökmran həyat tərzi kimi göstərirlər –
nanobakteriya biokütləsinin ümumi miqdarı Yerdə bütün
qalan bakteriyaların birlikdə olan biokütləsindən də çoxdur.
– “Onlar havada uçaraq kondensasiya mərkəzləri olan
bulud topası əmələ gətirirlər. Yağışla bərəbər Yerə enərək
yeni sahələri yoluxdururlar və xəstəliklər – o cümlədən,
QİYS əmələ gətirirlər” – deyə Zommer söyləyir. Bundan
əlavə, nanobakteriyalar hüceyrələrə keçərək orqanizmin tez
qocalmasına səbəb olurlar.
Burada bir faktı da nəzərdən qaçırmasq olmaz ki, indi
çoxlu sayda başqa planetlərdən naməlum “uçan boşqablar”
Yerə gəlir və daima bizim planeti izləyir, nəzarətdə
saxlayırlar. Ola bilsin ki, bu obyektləri idarə edən yüksək
sivilizasiyalı fərdlərin özləri buraya nüfuz etmək, həmişəlik
məskən salmaq və ya canlıları birdəfəlik məhv etməkdən
ötrü belə bir asan və hiyləgər yolu tutmuşlar.
Öz-özünə əmələgəlmə nəzəriyyəsi
Bu nəzəriyyə Qədim Çində, Vavilyonda və Qədim
Misirdə kreasionizm dini nəzəriyyənin alternativi kimi,
həyatın spontan əmələgəlməsini əsas tutan, biologiyanın
əsasını qoyan
Aristotel (bizim eraya qədər 384-322-ci illər)
tərəfindən irəli sürülmüşdür. Bu hipotezə görə
{9,10},
maddənin müəyyən “hissəcikləri” əlverişli şəraitdə canlı