30
xarakterikdir. Davamlılıq və hasiletmə cansız sistemlərdə də
vardır. Amma canlılarda bu, hasiletmə kimi yox, özü-özünü
hasiletmə kimi biruzə verir. Onları nəsə kənardan başqa bir
şey deyil, özləri özlərini hasil edir. Bir də ki, canlı aləmin
ayrılmaz xüsusiyyəti onun yaradıcı, aktiv olmasıdır. Bütün
canlı varlıqlar ya hərəkətdə olmalı, ya da məhv olmalıdırlar.
Siçan həmişə hərəkətdə olmalı, quş uçmalı, balıq üzməli və
bitki də boy atmalıdır.
Həyat yalnız müəyyən fiziki və kimyəvi şərait daxilində
(temperatur, havanın, suyun və bir sıra duzların iştirakı)
mümkündür
{4,6,9}. Lakin həyati proseslərin dayandırılması,
məsələn,
toxumun
qurudulması
və
yaxud
kiçik
orqanizmlərin kəskin dondurulması həyatfəaliyyətinin
itirilməsinə gətirib çıxarmır. Əgər zədə almamış struktur
saxlanılırsa, normal şəraitə qayıtdıqda o, həyati prosesinin
bərpasını təmin edir. Bütün bunlara baxmayaraq, canlı və
cansızlar arasında ciddi şəkildə elmi fərq qoyuluşu müəyyən
çətinliklərlə qarşılaşır. Belə ki, məsələn, başqa orqanizmdən
kənar viruslar canlının atributlarından heç biri deyildir.
Onların irsi aparatları vardır, amma maddələr mübadiləsi
üçün əsas lazımi fermentləri yoxdur, buna görə də onlar
başqa “sahib-orqanizmə” girərək, onun ferment sistemindən
istifadə etməsi yolu ilə böyüyürlər və çoxalırlar.
Əlamətlərindən asılı olaraq virusları həm canlı və həm də
cansız hesab etmək olar.
Beləliklə, bütün yuxarıda deyilənləri yekunlaşdırıb belə
bir nəticəyə gələ bilərik:
“ Həyat – xarici mühitlə maddi,
enerji və informasiya mübadiləsi nəticəsində özünün
varlığını qoruyub saxlayan, öz-özünü hasil etmək
xüsusiyyətinə malik, mürəkkəb üzvi maddələr əsasında
meydana gələn bioloji sistemlərin (məsələn, hüceyrə, bitki
və ya heyvani orqanizmlər) mövcud olma prosesidir.
31
Elmi baxışlara görə,
həyatın əmələ gəlməsi qeyri-üzvi
birləşmələrdən üzvi birləşmələrin yaranması deməkdir. Bu
barədə müxtəlif elmi və dini nəzəriyyələr və baxışlar
mövcuddur:
Biokimyəvi təkamül nəzəriyyəsi
Zülal-koaservat (“bulyon”) nəzəriyyəsi
Xemiosmos nəzəriyyəsi
Panspermiya nəzəriyyəsi
Öz-özünə əmələgəlmə nəzəriyyəsi
Həyatın stasionar hal nəzəriyyəsi
Energetik əmələgəlmə nəzəriyyəsi
Əmələgəlmənin informasiya nəzəriyyəsi
Əmələgəlmənin gen nəzəriyyəsi
Bioenerjiinformasiya nəzəriyyəsi
Həyatın əmələ gəlməsinin dini versiyaları
İlkin həyat molekulu - RNT
Biokimyəvi təkamül
Genobioz və qolobioz
Nəyin birinci olmasından asılı olaraq, həyatın əmələ gəlməsi
məsələsinə dair iki metodoloji yanaşma vardır:
Genobioz — ilk genetik kodların xüsusiyyətlərini özündə
daşıyan ilk molekulyar sistemin yaranmasını üstün tutan
nəzəriyyə
Qolobioz — ferment mexanizminin iştirakı ilə elementar
maddə mübadiləsinə və ilkin struktura əsaslanan metodoloji
yanaşma
32
Zülal-koaservat (“bulyon”) nəzəriyyəsi
Bu nəzəriyyəyə əsasən
{1-3,20}, Yer üzərində həyatın əmələ
gəlməsi prosesini üç mərhələyə ayırmaq olar:
Üzvi birləşmələrin əmələ gəlməsi
Zülalların əmələ gəlməsi
Zülali cisimciklərin əmələ gəlməsi
Astronomik tədqiqatlar göstərdi ki, həm ulduzlar və həm də
planet sistemləri qaz-toz maddələrdən yaranmışdır. Metallar
və onların oksidləri ilə bərabər, burada hidrogen, amonyak,
su və sadə karbohidrogen – metan da olmuşdur.
Zülal strukturunun formalaşması prosesinin başlanğıcı üçün
şərait ilk okeanın əmələ gəldiyi gündən müəyyənləşdirilir.
Su mühitində karbohidrogen törəmələri mürəkkəb kimyəvi
dəyişmələrə və çevrilmələrə uğraya bilər. Molekulun belə
mürəkkəbləşməsi nəticəsində daha mürəkkəb üzvi
birləşmələr, məhz karbohidratlar əmələ gələ bilər.
Elm sübut etdi ki, ultrabənövşəyi şüaların tətbiqi nəticəsində
süni yolla təkcə aminoturşular deyil, həm də digər
biokimyəvi maddələr sintez etmək mümkündür. Müasir
biokimyanın böyük qələbəsini karbohidrat mübadiləsini
idarə edən zülal molekulu – insulin hormonunun sintezi
təşkil edir.
Məşhur rus alimi
A.İ.Oparinin bu nəzəriyyəsinə əsasən,
zülal molekulunun meydana gəlməsi yolundakı sonrakı
addım
koaservat damlalarının (“bulyonların”) əmələ
gəlməsi ola bilər: müəyyən şəraitlərdə üzvi molekulun su ilə