57
tənəffüs edilən havanın tərkibindəki oksigenin
miqdarından;
ağ ciyərlərdə daxil olan havanın
qalma müddətindən;
daxil olan havanın
ciyərlərdə təzyiqindən;
qaz mübadiləsində iştirak edən qandaşıyıcı alveol
damarlarının
sahəsindən;
bədənin bütün orqanlarının hüceyrə kapilyarlarından
qanın
sərbəst keçə bilməsindən;
qanı tam oksigenlə təmin
etmək üçün tibbi tənəffüs
və gimnastika ilə məşğul olmaqdan.
Bu göstərişlərdən birinin olmaması zamanı özünün
bütün mənfi izləri ilə oksigen aclığı əmələ gəlir
{63-70}.
Qan – hər bir hüceyrəyə oksigen və qida məhsullarının əsas
və yeganə daşıyıcısıdır. Amma orqanizmin normal fəaliyyəti
üçün qanı oksigenlə doydurmaqdan əlavə, arteriya, arteriol,
vena, venul və kapilyarların yaxşı keçid yolları olmalıdır.
Bu şərtlərin olmaması qan təzyiqinin artmasına, hüceyrə
mübadiləsinin pozulmasına və nəticə etibarı ilə ağır
xəstəliklərə və orqanizmin vaxtından qabaq qocalmasına
gətirib çıxarır.
Hüceyrə kapilyarları qanın orqanizmdə təzyiqi və
hərəkətinin əsas requlyatorlarıdır. Qan fasiləsiz olaraq
süzgəcdən keçir. Ağ ciyərlərdə karbon qazı qandan azad
olur və o oksigenlə doydurulur. Böyrəklərdə qan
plazmasının filtrlənməsi və sidiyin əmələ gəlməsi baş verir.
Orqanizmdən maddələr mübadiləsinin son məhsulları – artıq
duzlar, su, yad və toksiki maddələr kənar olunurlar.
Böyrəklər qanın tərkibini nizamlayır. Qara ciyərdə zülal,
lipid, karbohidrat, vitamin və başqa maddələrin sintezi və
parçalanması baş verir. Qara ciyər həm də şəkərin qanda
səviyyəsini nizamlayır. Dalaq immunobioloji və müdafiə
funksiyasını həyata keçirir – antitel ifraz edir, bakteriya və
toksinləri ləngidir və zərərsizləşdirir, ömrünü sürmüş
59
bununla bərabər, insan huşunu itirə bilər. Ağ ciyərləri tam
dolduran sərbəst, komfort nəfəsalma lazımdır. Zəif içəri
nəfəsalma və ağ ciyərləri tam hava ilə doldurma – hər iki
variant qanın oksigenlə qeyri-qənaətbəxş doydurulmasına
səbəb olur.
Orqanizmin oksigen aclığı – qəbul edilən havanın
tərkibindəki oksigenin azlığı, orqanizmin xəstəliyi,
hüceyrələrdə maddələr mübadiləsinin aktivliyi, ağır fiziki
işin icrası, həyəcan, yeməyin normadan artıq qəbul edilməsi
və orqanizmin qocalmasından da baş verir. İnsan oksigen
aclığını dərhal hiss etmir. O, orqanizmdə baş verən
diskomforta, əzginliyə, qan təzyiqinin və nəbzin
döyünməsinin dəyişməsinə, tərin, qəfil ürək və başda
ağrıların əmələ gəlməsinə fikir vermir. Əgər bunlar baş
verən zaman tibbi tənəffüs və başqa təsirlər tətbiq olunarsa,
onda xəstəlik prosesini dayandırmaq və ya qabağını almaq
olar. Oksigen aclığı – infarktı yaradan səbəblərdən biridir.
Oksigen və hemoqlobin
Bu bir real həqiqətdir ki, canlı orqanizmin həyatfəaliyyətini
oksigensiz təsəvvür etmek qeyri-mümkündür. Insan özünün
mövcudluğu naminə atmosferdən oksigeni qəbul etməli və
onu öz daxilində metabolizmə uğratmaq üçün hüceyrə və
toxumalara göndərməlidir. Bəzi hüceyrələr qısa zaman
müddətində az miqdar enerjini oksigensiz də həyata keçirə
bilirlər (anaerob metabolizm). Başqa orqanlar (məs., baş
beyin, ürək, ağ ciyər və s.) isə yalnız oksigenin fasiləsiz
təminatı ilə yaşaya bilən hüceyrələrin iştirakı ilə mövcud ola
bilirlər (aerob metabolizm). Müxtəlif
hüceyrələr bir-birindən
fərqli dərəcədə anoksiyaya (oksigensizliyə) tolerantlıq
göstərirlər. Beyin və ürək bu cəhətdən çox zəif orqanlardır.
Ilk öncə oksigen çatışmamazlığı orqanın funksiyasını pozur,
bir müddətdən sonra funksiyanın bərpası mümkün olmayan