51
2HgO (t)
→
2Hg + O
2
↑
Lakin Pristli öncə anlamadı ki, yeni maddə kəşf etmişdir, o
belə hesab etdi ki, havanı təşkil edən hissələrdən birini
ayırmışdır və onu
“deflogistion” qaz adlandırdı (onun
zamanında
“Flogistion” adlı qeyri-elmi nəzəriyyə cərəyan
edirdi). Pristli bu kəşfi barədə o dövrünün məşhür fransız
kimyaçısı
Antuan Lavuazyeyə xəbər verir. 1775-ci ildə
A.Lavuazye müəyyən etdi ki, oksigen havanın, turşuların
tərkib hissələrindən biri olub çoxlu miqdar maddələrdə
geniş yayılmışdır.
Hələ bir neçə il əvvəl (1771-ci ildə) oksigeni isveç
kimyaçısı
Karl Şeyele almışdı. O, selitranı
sulfat turşusu ilə
közərdərək bu zaman əmələ gələn azot oksidini parçaladı.
Şeyele bu qazı “yanar hava” adlandırdı. Sonra 1777-ci ildə
bu kəşfi öz kitabında dərc etdirdi. Kitab Pristlinin
əldə etdiyi
nəticədən sonra dərc olunduğu üçün bu kəşfin ilk icraçısı
kimi onun adı tarixə düşür. Şeyele də bu elmi tapıntı barədə
Lavuazyeyə məlumat verir.
Oksigenin kəşfinə səbəb olan əsas mərhələlərdən biri də
fransız kimyaçısı
Pyotr Bayenin təcrübələri idi. O, civəni
oksidləşdirib və sonra aldığı civə oksidini parçalaması
barədə işlərini dərc etdirmişdi.
Nəhayət, Pristli və Şeyeledən məlumatlar alan
A.Lavuazye kəşf olunan qaz barədə qəti olaraq öyrəndi.
Onun bu işi böyük əhəmiyyət daşıyırdı, çünki bu kəşfin
meydana gəlməsi o zamanlar hökmranlıq edən və kimyanın
inkişafına əngəl törədən, yalançı “flogiston” nəzəriyyəsini
alt-üst etdi. Lavuazye müxtəlif maddələri yandıraraq alınan
maddələrin çəkilərinin dəyişməsini dərc etdirdi və bununla
da flogiston nəzəriyyəsinə zərbə endirdi.
Beləliklə, faktiki olaraq oksigenin kəşfi ilə əlaqədar bu
xidməti Pristli, Şeyele və Lavuazye öz aralarında bölüşürlər.