Elmи мяъмуяси



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə143/159
tarix02.12.2017
ölçüsü3,47 Mb.
#13563
1   ...   139   140   141   142   143   144   145   146   ...   159

 Yusif Zeynalabdin oğlu FƏRHƏNGDUST 

416 


Psixoloji səbəblər: Doktor Edvin Şnaydmen intihara gətirib çıxaran 5 əsas 

psixoloji amili fərqləndirmişdir: 1. Eşq uğursuzluğu, qəbul olunmaması, qrupa 

bağlılıq və üzv olmamaq. 2. Nəzarətin olmaması, qeyri-müəyyən uzaqgörənlik, 

nizamsızlıq. 3. Arzuolunmaz ehtimal və utanc, uğursuzluq və kədərdən qaçma. 

4. Mühüm əlaqə və hisslərin qırılması. 5. Əsəb, hirs və nifrət. (8,40)  

Mədəni amillərdə, dini intihar mühüm rol oynayır. İbadətlə məşğul olan 

şəxslərdə intihar səviyyəsi dinsizlərlə müqayisədə çox aşağıdır. Yəqin ki, 

Allah haqqında  əqli inamla düşünmək, insanın mənəviyyatına həqiqətlərin 

daxil olması bu təhlükənin qarşısını alır. Bu vaxt insan belə  məsələlərə 

etinasız yanaşır və beləliklə  də Allaha sığınaraq intihar riskini arxada 

buraxmış olur. (7,168)  



İctimai amillər iki qismə bölünür – sosial bəşəri və ictimai təbii amillər. 

Sosial-bəşəri amillər, intihar ictimai quruluşlu cəmiyyətlərdə sosial 

uyğunluq səbəbindən   yarana  bilər.  İctimai təbii səbəblər, insanın 

davranışları psixoloji nöqteyi-nəzərdən müxtəlif hava şəraitində  fərqlidir. 

İnsan günəşli havada, yağmurlu havada olduğundan daha çox rahatlıq hissi 

duyur. İntihar təhlükələri quraq havada yaxud baharda qan təzyiqinin  yuxarı 

olduğu vaxt artır.  



İqtisadi amillər: İqtisadi çatışmazlıqların intihar səviyyəsinin artması və 

yayılmasında böyük təsiri vardır.  



İntiharın şərhi və sosioloji nəzəriyyəsi. E. Durkheymin bütün araşdır-

malarında gəldiyi nəticə budur ki, hər bir cəmiyyətin ictimai intihar 

səviyyəsi yalnız sosial qanunauyğunluq dərəcələrində  və qrup birliyində 

dəyişikliklər səviyyəsinin nəticələri və izləri ilə izah olunur. O, həmçinin 

intihar səviyyəsini yaş və cinsi dəyişiklikləri nəzarət olmadan şərh edir.  

E. Durkheymin təyin etdiyi üsula görə intihar səviyyəsinin  dəyişiklikləri 

aşağıdakılardan ibarətdir:  

1. Cəmiyyətdən üstün amillərin ləğvi.  

2.  İctimai intihar səviyyəsi, birlik səviyyəsi və ictimai təşəkkül 

arasındakı əlaqədə ayrıca yayılma növü.  

E. Durkheymin fikrinə görə, ictimai xarakterə  aşağıdakı keyfiyyətlər 

şamil edilir: “İşin , təfəkkürün və hisslərin necəliyi”.  



İntiharın qarşısının alınması yolları. 

1) məsləhətləşmə, yol göstərmə,  şəxsin himayə olunması  və onun 

psixoloji müalicəsi.  



İntiharın sosiologiyası 

417 


2) ictimai əlaqə bərabər həddə qalır, insanların taleyinin və həyat tərzinin 

müəyyən edilməsində, fərdi və kollektiv maraqlar eyni səviyyədə  nəzərdə 

tutulur, ictimai təzyiq və nizam məqsədyönlü və istənilən həddə olur.  

3) ictimai şəxsiyyət hissləri insanlarda güclənir. Çünki ictimai təcridin 

aradan qaldırılmasına və insanın öz həyatını  məqsədsiz keçirməməyinə 

səbəb olur. Bunun əsasında insanlar cəmiyyətdə öz yaşam və yerləşim 

yerlərini əldə edirlər.  

4) bəşəri hüquqda ehtiram mədəniyyətinin yayılması  və qadınla kişi 

arasında əlaqə formalarının islahı.  

5) təbliğat üsullarının köməyi ilə dini inam və etiqadların 

dərinləşdirilməsi.  

6) qadınlar arasında ictimai günaha aid qaydalar və davranış qaydalarına 

həsr olunmuş təbliğat.  

7) intihardan öncə ailə üzvlərinin şəxsin davranışlarının dəyişilməsini və 

əlamətlərini öyrənməsi.  

8) qaynar telefon xətlərinin yaranması. 

9) təhsil və təlimdə “ailənin hüquqi təlimi” dərsinin nəzərdə tutulması. 

10) təhlükədə olan insanların yaşam mühitinin araşdırılması.  

11) insanlarla daha çox ünsiyyətdə olan məsul şəxslərin – dini şəxslərin, 

tibb işçilərinin, polisin, müəllimlərin və s. təlim-tərbiyəsi.  

12) eləcə  də insanın özü və  gələcəyi haqqındakı  təsəvvürlərini dini 

etiqadla  işıqlandırmanın faydası. Çünki bu, intiharın qarşısının alınmasında 

daha çox əhəmiyyətə malikdir. (9,5) 

 

İranla bağlı təcrübi intiharın araşdırılması 

 

İranda intiharın səbəbləri.  İranda intiharla bağlı  dəqiq araşdırmalar 

həyata keçirilməmişdir. Çünki tibbi ekspertizanın dəqiq rəyi elan edilmir 

və  intihar edən insanların çoxu öz ailə üzvlərini biabırçı   və rüsvayçı 

vəziyyətə salmışlar və bu, oxşar olduqda onlar intihar edirlər. Ölkədə 

aparılan statistikaya əsasən ildə 5-7 min nəfər intiharla həyatına son qoyur. 

Bu hadisələrin yarısı böyük şəhərlərdə, dörddə biri kiçik şəhərlərdə, qalanı 

isə kəndlərdə baş verir. Doktor Müqəddəm Qərayi bu qənaətdədir ki, İranda 

mövcud olan intihar məsələsinə ailənin ənənəvi baxışları vardır. Bu problem 

dəqiq və düzgün statistikanın   əldə olunmasını  çətinləşdirir. Çünki, bir çox 



 Yusif Zeynalabdin oğlu FƏRHƏNGDUST 

418 


şəhərlərdə intihar ailənin hər bir üzvünə heysiyyətsizlik və rüsvayçılıq kimi 

görünür. Bu hal ölüm növünün məxfi saxlanmasına səbəb olur. (7,187) 

İranda intiharın əsas səbəbləri belədir: 

1) evlilikdə yaranan münaqişələr, güclü eşq və sevgi hissləri və  namus 

məsələləri.  

2) psixoloji narahatlıqlar, eşq sarsıntısı,  şəxsiyyət və psixoloji 

ziddiyyətlər.  

3) təhsildə sarsıntılardan, stresslərdən, ruhi və psixoloji təzyiqlərdən 

(emosional təzyiqlər, gənc nəsildə fiziki və  bədən nöqsanları, imtahanlar 

kimi təhsillə bağlı təzyiqlər), puç olmuş məqsədsiz hisslər, depressiya kimi 

vəziyyətlərdən yaranmış problemlər.  

4) yoxsulluq, işsizlik, işdən çıxarılma və qeyri münasib iqtisadi şərait.  

5)  şəhər həyatının çətinlikləri, həyatın nizamsızlığından yaranan 

məsələlər. 

6) ailə, iş yoldaşları, qohum-əqrəba, dostlar və s. kimi ictimai qrupların 

qeyri müəyyən dağınıqlığı.  

7) narkotik maddələrə, spirtli içkilərə və bəzi  dərmanlara aludəçilik. 

8) dini etiqadının zəif olması.  

9) məcburi ənənəvi qaydalara riayət.  

10) insan həyatının xüsusi həqiqət və sirlərlə dolub-daşması. (15,240)  



İntiharın yaşa və cinsə görə yayılması. Müxtəlif ölkələrdə aparılmış 

tədqiqatlardan  əldə etdiyimiz nəticələr göstərir ki, kişilər qadınlardan daha 

çox intihar edirlər. Onların  əksəriyyəti 45-65 yaş  həddi arasındadır.  İranda 

isə qadın və kişilər arasında intihar səviyyəsini 18-24 yaş qrupu təşkil edir. 

İranda bir tərəfdən yeniyetmə  və  gənclər, digər tərəfdən qadınlar başqa 

təbəqələrə görə daha çox intihara əl atırlar. Ölkənin planlaşdırma təşkilatının 

proqnozuna əsasən  “2003-cü ildə 2486 qadın və 1481 kişi intihar etmişdir. 

Səhiyyə Nazirliyi tərəfindən aparılmış statistikaya əsasən gün ərzində 13 

intihar hadisəsi baş verir. Bu, əsasən 29 yaşa təsadüf edir. Bu statistikaya 

əsasən kişilərin qadınlara nisbətən intiharı beşdə iki və bəzən də beşdə dörd 

olur. Bir elmi araşdırma göstərir ki, 1973-cü ildə ölkədə gənc ailəli qadınlar 

və kişilərin arasında intiharın miqdarı  cəmiyyətdə ictimai və  mədəni 

dəyərlərin zəifləməsi, həmçinin ailə quruluşunun dəyişmələrə məruz qalması 

nəticəsində çoxalmışdır. (16,100).  




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə