Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


® Гегель. Энциклопедия философских наук. Т.З. М., 1977, с.11



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə20/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   16   17   18   19   20   21   22   23   ...   540
1027 (1)

® Гегель. Энциклопедия философских наук. Т.З. М., 1977, с.11. 

'"Yenə orada, s.l02. 

18 


mir;  2)  fəlsəfi  nəzəriyyələri  təcrübə  və  eksperiment  ilə 

yoxlamaq olmaz; 3) fəlsəfi təlimlər elə qurulur ki, onlan prinsip 

etibarilə  təkzib  etmək  olmur,  elmi  müddəalar  isə  prinsip 

etibarilə təkzib edilə bilər. 

XX əsrdə fəlsəfənin ən kəskin tənqidçilərindən biri Avstriya 

filosofu  Lüdviq  Vitgenşteyn  (1889-1951)  olmuşdur.  O, 

göstərirdi  ki,  fəlsəfə  müstəqil  elm  deyil,  onun  əsas  vəzifəsi 

cavab 


verməkdən 

daha 


çox 

sualın 


qoyuluşunu 

müəyyənləşdirməkdir. Düzgün sual verə bilən adam filosofdur. 

Qədim  yunan  filosofu 

Sokrat

  fəlsəfəni  insanın  özünü 

dərketmə prosesi hesab edir və göstərirdi ki, burada məqsəd  - 

mühakimə  yürütməyin,  seçmə  qabiliyyətinin  və  fəaliyyət 

göstərməyin  düzgün  prinsiplərinə  nail  olmaqdır.  Sokratm 

dediklərinə  əsaslanaraq  fəlsəfəyə  belə  tərif  vermək  olar; 

«Fəlsəfə - rəhbər prinsipi ağıl olan və məqsədi özünütənqid yolu 

ilə başa düşmək olan fəaliyyətdir»." 

Qeyd etmək lazımdır ki, hər bir müstəqil mütəfəkkir özünün 

xüsusi fəlsəfi sistemini yaradır. 

Ekzistensializm  təmsilçilərinin  bu  barədə  fikirləri  də 

maraqlıdır. Fransız filosofu və yazıçısı A.Kamyü (1913-1960) 

hesab  edir  ki,  fəlsəfənin  əsas  məsələsi  -  insana  yaşamaq 

lazımdırmı?  -  sualına  cavab  verməkdir.  Onun  alman  həmkan 

K.Yaspersin yazdığına görə «elmi idrak ayn-ayn əşyalara doğru 

getdiyi  halda,  fəlsəfədə  söhbət  varlığın  bütövlüyü  haqqında 

gedİD>. 

Müasir marksistlər isə göstərirlər ki, fəlsəfə - ictimai şüurun 

xüsusi  formasıdır,  varlıq  və  təfəkkürün  ümumi  prinsipləri 

haqqında təlimdir, təbiətin, cəmiyyətin və təfəkkürün ən ümumi 

qanunlan haqqında elmdir. 

İndiki zamanda bir çoxları  belə hesab edirlər ki, fəlsəfə öz 

dövrünü  başa  vurub,  ömrünü  bitirib.  Başqaları  isə  bu  fikirlə 

ümumiyyətlə razılaşmaqla bərabər eyni zamanda göstərirlər ki, 

fəlsəfənin nə isə başqa bir şeyə - yəni dar mənada başa düşülən, 

tamamilə  keçmişə  yönəlmiş  fəlsəfə  tarixinə  yaxud  təfəkkür 

haqqında təmiz təlimə (təmiz fikrin hökmranlığına). 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə