Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə266/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   262   263   264   265   266   267   268   269   ...   540
1027 (1)

''*• Yenə orada, s.5. 

231 


yətlər  və  s.  haqqında  əsərlər  yazır.  Tədricən  marksizmin  Çin 

variantı  hazırlanır,  marksizmin  bir  çox  əsas  müddəalan  təhrif 

edilir. 

XX  əsr  70-ci  illərin  axın  -  80-ci  illərin  əvvəllərində  Çində 

islahatlar  başlanan  vaxt  iqtisadi  dəyişikliklərin  siyasi 

dəyişikliklər ilə əlaqələndirilməsi zərurətini qəbul edənlərin sayı 

çoxalır.  Tədricən  bazar  iqtisadiyyatına  keçid  və  siyasi  sistemin 

nisbətən demokratikləşməsi  ölkəni irəli aparmaq  üçün ən vacib 

vasitə hesab edilirdi. 1980-ci ilin avqustunda D^/ı 

Syaopinin

 (öl. 


1996)  partiya  və  dövlət  rəhbərliyi  sisteminin  yenidənqurma 

proqramı ilə çıxışından sonra ölkədə geniş müzakirələr başlandı. 

Vaxtaşırı  bu  müzakirələr  buıjua  liberalizminə  qarşı  mübarizə 

bəhanəsi ilə dayandınlırdı. 

Den Syaopinin əsas müddəalan aşağıdakılar idi: «...Sosializm 

quruculuğunda  öz  xüsusi  yolumuzu  tutmaq,  Çinin  milli 

özəlliklərindən  çıxış  etmək,  Çinin  iqtisadi  və  mədəni  geriliyini 

aradan  qaldırmaq  çox  uzun  vaxt  tələb  edir;  bütün  ictimai 

münasibətlərin islahatı sahəsində mərkəzi məsələ iqtisadiyyatın, 

məhsuldar qüvvələrin inkişafıdır; əsas dayaq elm və texnikadır; 

ziyalılar  modernləşmə  prosesinin  əhəmiyyətli,  bərabərhüquqlu 

iştirakçısıdır;  sosializmdə  bazar  iqtisadiyyatmın  olması  normal, 

qanunauyğun  hadisədir;  iqtisadiyyatın  idarə  edilməsində 

kapitalist cəmiyyəti üçün xarakterik olan forma və metodlardan 

istifadə etmək kapitalizm yolu ilə getmək deyil; xüsusi mülkiyyət 

sosializm cəmiyyəti quruculuğunun aynimaz elementidir; xarici 

dünyaya açıq olmaq siyasəti olmadan islahatlan həyata keçirmək 

mümkün  deyil;  xarici  kapital,  texnika,  texnologiya  və  idarə 

metodlannı  təbliğ  etmək  vasitəsi  kimi  xüsusi  iqtisadi  zona  və 

rayonlann  yaradılması  ilə  hamının  varlanmasını  təmin 

etmək».*’^ 

İndiki dövr Çində ziyahlann bir qismi arasında neokonserva- 

tiv  neorealizm  adlanan  ideya  geniş  yayılıb.  Onlar  Kommunist 

partiyası  tərəfindən  qurulan  rejimin  nüfuzunu  müdafiə  edirlər. 

Yeni  realistlər  (və  yaxud  yeni  mühafizəkarlar)  radikal,  inqilabi 

dəyişikliklərə  qarşı  qəti  çıxış  edirlər.  Onlar  tədrici  islahat 

tərəfdarıdırlar; onların fikrincə demokratiya yaxşı şeydir, lakin bu 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə