Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


В.Буров. Собственным путём. Bax: Журн. «Свободная мысль-XXI”, № 1,2003, с.50



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə267/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   263   264   265   266   267   268   269   270   ...   540
1027 (1)

В.Буров. Собственным путём. Bax: Журн. «Свободная мысль-XXI”, № 1,2003, с.50. 

232 


uzaq gələcəkdə mümkündür. İndi siyasətlə deyil, konkret işlərlə 

məşğul  olmaq  lazımdır.  Demokratik  hərəkatı  yeni  realistlər 

gələcəyi olmayan ziyanlı bir şey hesab edirlər. 

4.

 

XX əsrdə Hind fəlsəfəsi 

Görkəmli  hind-müsəlman  şairi  və  mütəfəkkiri 

Məhəmməd 

İqbal

 (1877-1938) yüksək dünyəvi təhsil almış, həm Şərqin, həm 

də  Qərbin  ədəbiyyatı,  incəsənəti,  fəlsəfəsi  ilə  yaxından  tanış 

olmuşdu.  Bununla  yanaşı  qeyd  etmək  lazımdır  ki,  o,  bədii  və 

fəlsəfi  yaradıcılığında  daha  çox  islama  əsaslanırdı.  İqbal  hesab 

edirdi  ki,  həyatı  kökündən  dəyişdirmək  yalnız  islam  prinsipləri 

əsasında mümkündür. 

İqbal  Hindistan  Hökumət  kollecində  oxumuş  və  burada 

fəlsəfə  magistri  dərəcəsini  almışdır.  Sonra  o,  İngiltərənin  Kem- 

bric  universitetində  təhsilini  davam  etdirmiş,  Almaniyanın 

Münxen  universitetində  «İranda  metafizikanın  inkişafı» 

mövzusunda  doktorluq  dissertasiyası  müdafiə  etmişdir. 

Hindistana  qayıdandan  sonra  o.  Hökumət  kollecində  professor 

kimi fəaliyyət göstərmişdir. 

İqbal fəlsəfə və dinin bərabərhüquqlu olmalannı elan edir və 

göstərirdi ki, əgər fəlsəfənin vəzifəsi azad axtarışdırsa, di- ninki - 

inamdır. 

İqbal  fəlsəfəsinin  mərkəzində  insan  dayanır.  Onun  fikrinə 

görə Allah özünü insanda təzahür etdirir. Əgər Allah mütləq Mən 

kimi  çıxış  edirsə,  insan  sonu  olan  mənlikdir.  İnsan  mənliyinin 

Allah mənliyinə yaxınlığı sayəsində Allahın dərk edilməsi insan 

mənliyindən keçir. 

İqbalın  dünyagörüşü  sisteminin  əsası  məhəbbət  fikri  olduğu 

üçün  məhz  məhəbbət  həqiqəti  axtarmağın  başlanğıc  nöqtəsini 

təşkil  edir.  Onun  yaradıcılığında  sufizm  əhəmiyyətli  yer  tutur. 

İqbal  XIII  əsrin  böyük  sufi-şairi  və  mütəfəkkiri  Cəlaləddin 

Rumini özünün mənəvi müəllimi hesab edirdi. 

Hələ  Birinci  Dünya  müharibəsi  ərəfəsində  radikal  mövqedə 

dayanan bir sıra hind ziyalılanndan İqbalın fərqi onda idi ki, onun 

şüurunda siyasi azadlıq əxlaqi azadlıq anlayışı ilə, müasir 

y

 

233 




insan və ideal cəmiyyət təsəvvürləri ilə qınimaz surətdə bağlı idi. 

Bu konsepsiyanı  o, özünün  «Əsrar-i xuda»  («Allahın  sirri») və 

«Romuz-i  bihude»  («Sonsuz  rəmzlər»)  poemalannda  şərh 

etmişdir.  Sonrakı  əsərlərində  də  İqbal  dəfələrlə  bu  məsələyə 

qayıtmışdır, lakin bu barədə əsas fikrini «İslamın dini fikirlərini 

yenidən  qurmaq»  adlı  mühazirələrində  və  «Cavidnamə» 

(«Əbədilik kitabı») poemasında ətraflı izah etmişdir. 

İqbalın  ideal  cəmiyyəti  fəlsəfi  planda  məkan  və  zaman 

daxilində  hüdudsuzdur.  Lakin  siyasətçi  kimi  o,  çalışırdı  ki, 

cəmiyyəti  konkret  məkan-zaman  formalan  ilə  dövlətdə 

reallaşdırsın,  «müsəlman  millətçiliyi»  ideyasını  öz  ərazisi  olan 

dövlət  yaratmaq  uğrunda  hind  müsəlmanlannın  apardığı 

mübarizənin bayrağına çevirsin. Onun fikrincə dövlət birliyinin 

əsasında islamın dini prinsipləri dursa da, bu dövlət ruhanilərin 

siyasi hakimiyyətə sahib olmaları mənada teokratik olmamalıdır. 

İqbalın  belə  görüşlərinin  əsasında  «töuhid»,  yəni  vəhdət, 

təklik  prinsipi  durur.  Onun  sözlərinə  görə,  töuhidin  mənası 

«məhsuldar ideya kimi bərabərlik, həmrəylik və azadlıqdır. İslam 

baxımından  dövlət  bu  ideal  prinsipləri  məkan-zaman 

formalarına, müəyyən insani struktura çevirmək cəhdidir. Yalnız 

bu  mənada  islamda  dövlət  teokratiyadır,  o  mənada  yox  ki, 

0

 

Allahın yerdəki nümayəndələri tərəfindən idarə edilİD).'’"* 



İslamı  təkcə  dini  təlim  deyil,  həm  də  sosialist  tipli  sosial 

struktur  hesab  edən  İqbal,  təbiidir  ki,  özünün  sosial  idealını 

Qurana  istinad  edərək  əsaslandırmağa  çalışırdı.  Burada  o,  iki 

cəhətə  diqqət  yetirirdi:  birincisi,  islamda  kollektiv  başlanğıcın 

olması,  ikincisi.  Quranda  sosial  ədaləti  təmin  edən  sosial 

nizamlama sisteminin olması. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə