Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


götürülüb; О.В.Мартышин. Политические взгляды М.К.Ганди. М., 1970, с.126



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə270/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   266   267   268   269   270   271   272   273   ...   540
1027 (1)

götürülüb; О.В.Мартышин. Политические взгляды М.К.Ганди. М., 1970, с.126. 

235 


qor  upanişad  təlimini  qəbul  etsə  də,  belə  hesab  edirdi  ki,  şəx- 

siyyətsiz  Mütləq  İnsan  qarşısında  özünü  İlahi  Şəxsiyyət  kimi 

göstərir.  Məhdudlaşmayanın  (Ali  Başlanğıcın)  məhdudlaşması 

Şəxsiyyət  deməkdir.  Allah  (Ali  Başlanğıc)  yaradan  vaxt 

Şəxsiyyət kimi mövcud olur. 

Taqora görə insan idrakının üç mənbəyi var: duyğular, ağıl və 

hiss üzvləri. Duyğularla insan dünyanı dərk edir, ağıl vasitəsilə 

insan məntiqə əsaslanan elm və fəlsəfəni  yaradır,  yalnız hisslər 

vasitəsilə  Ali  Varlıq  açılır,  reallaşır.  Taqor  göstərirdi  ki.  Ali 

Varlığın  reallaşması  insanı  əsl  rifaha  gətirir.  Məhəbbət  isə  ali 

rifahdır.  Allah  (Ali  Şəxsiyyət)  insanı  sevmək  səadətinə  çatmaq 

üçün  yaradır.  Bu  isə  o  vaxt  mümkün  olur  ki,  sevən  ilə  sevilən 

aynlıqda mövcud olurlar. Bu yolla Sonsuz Varlıq aynlır ki, özünü 

reallaşdırmaq üçün ikilik yaratsın. Taqora görə insan haqqında əsl 

həqiqət onun ikili təbiətidir. İnsan Yerin oğlu və Göyün varisidir. 

Kökü palçıqda olan, çiçəyi isə parlaq günəş işığına tərəf yönələn, 

bataqlıqda bitən lotos kimi, insanın da iki qütbü var: onun sonlu 

qütbü zərurət dünyasında, sonsuz qütbü isə İlahi qüvvəyə doğru 

can  atmasında  yerləşir.  Son  mərhələdə  biz  ikilikdən  vəhdətə 

doğru hərəkət  edirik. Taqor məktublannın birində  yazırdı:  «Biz 

gərək  bütün  dar  sərhədləri  aradan  qaldıraq  və  irəliyə  baxaraq 

Buddanın, İsanın və Məhəmmədin birləşdiyi günü gözləyək».'” 

R.Taqor 1913-cü ildə ədəbiyyat sahəsində Nobel mükafatına 

layiq görülmüşdü. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə