Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə268/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   264   265   266   267   268   269   270   271   ...   540
1027 (1)

Mahatma  Qandinin

  (1869-1948)  fəlsəfi  görüşlərinin 

başlanğıc  prinsipi  Allahın  ilk  reallıq  kimi  qəbul  edilməsidir. 

Qandinin  anlamında  Allah  şəxsiyyətsiz  mütləq  (absolyut), 

dünyanın  mücərrəd  mahiyyətidir,  bütün  mövcudatın  səbəbi  və 

mənbəyidir. Allah gücdür, O həqiqətdir, əbədidir. Qandi dəfələrlə 

demişdir ki, insan zəkası Allahın mahiyyətini dərk edə bilməz. 

Sitat götürülüb: Л.Р.Полонская. А.Х.Вафа. Восток: идеи и идеология. М.. 1982. с.171. 

234 



Qandinin əxlaq təlimi, özünün dediyinə görə, insanın mənəvi 

kamilliyə çatması yollarını və vasitələrini göstərir. Məhəbbət və 

mərhəmət, Qandiyə görə, bütün insan münasibətlərinin əsasında 

durmalıdır, nifrət isə həyatdan tamamilə kənar edilməlidir. 

Qandi  azadlığa  dinc  vasitələr  ilə  çatmaq  tərəfdan  olmaqla 

qeyri-zorakı üsullan mütləqləşdirirdi. O, yazırdı: «qeyri- zorakılıq 

bəşəriyyətin  xidmətində  olan  çox  böyük  qüvvədir.  O,  insan 

dühasının  yaratdığı  ən  güclü  dağıdıcı  silahdan  daha 

güclüdün).Qandi  üçün  qeyri-zorakılıq  təkcə  üsul  deyil,  həm  də 

ideal  idi.  Qandinin  bütün  müddəaları  bu  və  ya  digər  dərəcədə 

qeyri-zorakılıq  konsepsiyası  ilə  əlaqədə  olmuşdur.  O,  «həyat, 

şəxsiyyət  və  mülkiyyət  üzərində  zorakılıq  olmayan»  bir  dünya 

qurmağı arzu edirdi. 

Qandi  Qərb  sivilizasiyasını  kəskin  şəkildə  tənqid  edirdi.  Bu 

tənqid milli azadlıq ideyalan ilə müşayiət edilir. O, imperializmi 

«Qərb dünyasının ən ağır günahı» hesab edirdi. Qandi göstərirdi 

ki,  sivilizasiya şəxsiyyətin  əxlaqi inkişafına nə dərəcədə kömək 

etməsi və ya mane olması ilə qiymətləndirilməlidir. 

Qandi  dövlətə  ümumiyyətlə  mənfi  münasibət  bəsləyirdi. 

Onun  fikrincə  dövlət  bir  sinfin  başqa  sinif  üzərində 

hökmranlığıdır. 

Qandi  xalqları  sülhə  və  əməkdaşlığa  çağınrdı.  Müharibəni 

ittiham  etmək  onun  qeyri-zorakılıq  konsepsiyasının  məntiqi 

nəticəsi  idi.  O,  deyirdi:  «Mən  inanıram  ki,  hər  hansı  müharibə, 

əlbəttə şər işidir», lakin hansı tərəfin işi ədalətlidirsə, o tərəfi mən 

mənəvi cəhətdən müdafiə edirəm. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə