Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə276/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   272   273   274   275   276   277   278   279   ...   540
1027 (1)

 

Varlıq fəlsəfəsi: ontologiya 

1.

 

Fəlsəfədə varlıq problemi 

Geniş mənada varlıq - bütün real mövcud olanlara deyilir, o 

həm  maddi,  həm  də  mənəvi  ola  bilər.  Maddi  və  ideal  varlıqlar 

arasında  fərqi  göstərmək  zəruridir.  Maddi  varlığı  çox  vaxt 

mövcud  olmaq,  ideal  varlığı  isə  mahiyyət  adlandınrlar.  Müasir 

ontologiyaya  görə  varlıq  bütün  müxtəlifliyi  ilə  mövcudat  ilə 

eynidir.  B.Rassel  demişdi  ki,  «dünya  sadəcə  olaraq  var, 

vəssalam».  Deməli,  biz  dünyanın  nə  üçün  mövcud  olduğunu 

soruşmamalıyıq.  Bu  fikir  filosoflar  tərəfindən  birmənalı 

qarşılanmır. 

Varlıq  fəlsəfəsi  təfəkkürün  əsas  kateqoriyalanndan  biridir. 

Ontologiyanın predmeti - məhz antik dövrdən başlayaraq fəlsəfi 

təlimlərin nüvəsini təşkil edən varlıq olmuşdur. Ontologiya (yun. 

«ontos»-mövcud  olan,  «logos»-təlim)  varlıq  haqqında  təlim 

deməkdir. Birinci dəfə «ontologiya» termini alman filosofu 

R.Hoklenius  (1613)  tərəfindən  işlədilmişdir.  Alman  maarifçisi 



Xristian  Volf

  (1679-1754)  isə  onu  öz  fəlsəfi  sisteminə  daxil 

edərək daha da təkmilləşdirmişdir. 

Fəlsəfə tarixində bir sıra filosoflar sübut etməyə  çalışmışlar 

ki,  sonsuz  kainat  keçici  deyil,  həmişə  olmuş  və  olacaqdır;  baş- 

qalan isə təsdiq edirlər ki, dünyanın həm zaman, həm də məkan 

daxilində başlanğıcı olduğu kimi sonu da var. Ayn-ayn əşyalar, 

canlı  orqanizmlər,  insanlar,  onlann  həyat  fəaliyyəti  sonludur, 

keçicidir. Başqa sözlə, varlıq problemi fəlsəfədə belə bir fikir ilə 

birləşdirilir ki, dünya ya keçicidir, ya da keçici deyil. 

Varlıq və yoxluq da işıq və zülmət, həqiqət və yalan, xeyir və 

şər  kimi  bir-birini  inkar  edərək  və  eyni  zamanda  şərtləndirərək 

qarşılıqlı  əlaqədə  meydana  gəlir.  Bu  anlayışların  hər  biri 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə