Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


  birisinə qarşı qoyulanda məna qazanır. Deməli, varlığın anti-  241



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə277/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   273   274   275   276   277   278   279   280   ...   540
1027 (1)

0

 

birisinə qarşı qoyulanda məna qazanır. Deməli, varlığın anti- 



241 


tezası - yoxluqdur. F.M.Dostoyevskinin fikrincə «varlıq yalnız 

0

 

zaman olur ki, onu qeyri-varlıq hədələyin). 



Varlıq anlayışı fəlsəfənin əbədi məsələsidir və bütün fəlsəfi 

sistemlərdə var. 

Varlığın  fəlsəfi  kateqoriyası  ilk  dəfə  qədim  yunan 

fəlsəfəsində  irəli  sürülmüşdür.  İlk  materialistlər  deyirdilər  ki, 

varlıq maddi, dağılmayan və yetkin Kosmos ilə eynidir. «Varlıq» 

sözünü isə fəlsəfi kateqoriya kimi antik dövrün filosofu 



Parme- 

nid

 (b.e.ə. V-IV əsrlər) irəli sürmüşdür. Onun fikrincə varlıq hiss 

üzvləri  vasitəsilə  qavranıla  bilən  əşyalar  dünyasından  kənarda, 

başqa sözlə, fikirdə mövcud olan şeydir. Varlığı həqiqi mövcud 

olan bir şey kimi müəyyənləşdirən filosof hesab edirdi ki, varlıq 

öz-özünə  meydana  gəlməyən,  məhv  edilməyən,  tək,  hərəkətsiz, 

zamanca  tükənməyən  mövcudatdır.  Varlığın  heç  nəyə  ehtiyacı 

yoxdur, hissi keyfiyyətlərdən məhrumdur, ona görə də onu yalnız 

fikir, ağıl ilə dərk etmək mümkündür. Platon isə təbii varlığı əsl 

varlıq dünyasına - təmiz ideyalara qarşı qoyurdu. Aristotelə görə 

materiyadan tam azad, ali mahiyyət olan təmiz ağıl, varlığı ehtiva 

edən  daimi  mühərrik  -  Allahdır.  Şərq  peripatetiklərinin 

(əl-Fərabi,  İbn  Sina,  Bəhmənyar  və  b.)  ontologiyası  Aristotelin 

zəruri  və  mümkün  varlıqlar  haqqında  fikirlərinə  əsasən  uyğun 

gəlir. 

Əl-Fərabi varlıq haqqında yazırdı: «Biz deyirik ki, varlıq iki 

növ olur. Onlardan birinə elə şeylər aiddir ki, onların mövcudluğu 

öz mahiyyətindən doğmur. Belə növ şeylər «mümkün varlıqlar» 

adlanır. Başqa növə isə elə şeylər aiddir ki, onların mövcudluğu 

öz  mahiyyətindən  doğur.  Belə  növ  şeylər  «zəruri  varlıqlar» 

adlanır».’  Əl-Fərabinin  fikrincə  zəruri  varlıq  «mükəmməldir;  o 

zəruri olaraq ən mükəmməl mövcudluqdur, səbəbdən - materiya, 

forma,  fəaliyyət  və  məqsəddən  azaddın).^  O,  fikrini 

yekunlaşdıraraq  deyirdi:  «Buradan  da  nəticə  çıxır  ki,  zəruri 

varlığın nə cinsi, nə görkəm fərqi, nə tərifi, nə də sübutu yoxdur. 

Əksinə,  onun  özü  hər  şeyin  sübutu  kimi  çıxış  edir.  O  keçici 

olmayan və əbədi varlıq kimi öz-özünə mövcud- 

 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə