Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə285/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   281   282   283   284   285   286   287   288   ...   540
1027 (1)

хрестоматия по философии. M., 

«Проспект». 1997. с.473. Yenə 

orada, s.474. 

246 


Materiya ümumiyyətlə özünün konkret təzahürləri ilə yanaşı 

mövcud olan ayrı bir törəmə deyil. Materiya ətraf dünyanın bütün 

əşya  və  hadisələrinin  cəmini  ifadə  edən  fəlsəfi  abstrak-  siyadır 

(mücərrədlikdir). 

Materiya 

haqqında 

təlimin 

inkişafında 

aşağıdakı 

qanunauyğunluq özünü göstərir: antik elm üçün xarakterik olan 

materiya  anlayışından,  yəni  materiyanı  maddi  varlıq  hesab 

etməkdən 

-

 

materiyanı qeyri-müəyyən, simasız, passiv başlanğıc, mücərrəd 



fikirdə mövcud olan, təmiz imkan hesab etməyə keçid. Bu passiv 

materiyaya  qarşı  aktiv  (fəal),  qeyri-maddi  forma  -  təbiət-  üstü 

mənəvi qüvvə qoyulur. 

Yeni dövrdə təbiətşünaslığın və texnikanın inkişafı, bilavasitə 

hissi  qavrayışla  qəbul  edilən  aləm  ilə  əlaqədar  olan  empirik 

elmlərin  rolunun  artdığı  şəraitdə  materiya  haqqında  təsəvvürlər 

yenidən konkret hissi, maddi başlanğıc ilə eyniləşdirilir. 

Fizika  elminin  ən  əsas  problemlərindən  olan  materiyanın 

quruluşu  məsələsi,  maddənin  getdikcə  daha  çox  hissələrə 

bölünməsinə  gətirib  çıxartdı.  Son  iki  yüz  ildə  atom  və  mole- 

kullar haqqında anlayışlar kökündən dəyişdi. Atomların quruluşu 

(nüvə və elektronlar), sonra nüvənin quruluşu (nuklonlar 

-

 

proton  və  neytronlar)  yenidən  müəyyənləşdi.  Müasir  dövrün 



son  60-70  illərində  isə  bir  sıra  başqa  hissəciklər  kəşf  edildi 

(pozitron, mezonlar, hiperonlar). Bu hissəciklər qarşılıqlı olaraq 

bir-birinə  keçirlər.  Bir  sözlə,  materiyanın  quruluşunun  tədqiqi 

hələ də davam edir. 

'  Materiya 

anlayışı  materializmin  əsası,  başlanğıc 

kateqoriyasıdır və fəlsəfi fikir tarixində materializm ilə idealizm 

arasındakı mübarizənin mərkəzində dayanır.’V.İ.Lenin XVIII əsr 

fransız  materialistlərinin,  xüsusən  Holbaxın  fikirlərinə 

əsaslanaraq materiyaya tərif vermişdi. Onun fikrincə materiya  - 

insan  duyğula-  nnda  əks  olunan,  onlardan  asılı  olmayaraq 

mövcud olan obyektiv reallığı əks etdirən fəlsəfi kateqoriyadır. O, 

göstərirdi ki, materiyanın dialektik materializm tərəfindən qəbul 

edilən  yeganə  xassəsi  onun  obyektiv  reallıq  olması,  insan 

şüurundan  kənarda  mövcud  olmasıdır.  Leninin  tərifində 

«materiya» və  «obyektiv reallıq» anlayışları sinonim kimi çıxış 

edirlər. Bu tərifin əsasın 

247 



da  materiya  kateqoriyasının  başqa  geniş  kateqoriyaya  -  şüura 

qarşı qoyulmasıdır. Maddi o şeydir ki, şüura qarşı durur, şüurda 

əks olunur, ondan asılı olmayaraq mövcud olur. Nə üçün Lenin 

fransız materialistlərindən sonra materiya anlayışını başqa fəlsəfi 

kateqoriyalara deyil, məhz şüur kateqoriyasına qarşı qoyurdu? Bu 

sualın  cavabı  «fəlsəfənin  əsas  məsələsi»  adlanan  anlayışın 

materialist həllindən doğur. 

* Materializmdə «materiya» və «obyektiv reallıq» anlayışlan 

eyniləşdirildiyi  üçün  bir  qədər  «reallıq»  anlayışını  izah  edək. 

«Reallıq»  (lat.  «realis»)  sözü  şey,  əşya,  ümumiyyətlə 

öz-özlüyündə  mövcud  olan  mənasını  daşıyır.  Sonralar  reallıq 

həm maddi, cismani əşyalar, həm də mənəvi-ideal mahiyyətlər ilə 

eyniləşdirilir.' 

'Reallıq  problemi  hələ  çox  qədim  dövrlərdən  filosoflann 

diqqət mərkəzində olmuş və bu problem ilə bağlı müxtəlif fikirlər 

irəli sürülmüşdü. Belə ki, qədim yunan filosofu Demok- ritə görə 

həqiqi  reallıq  -  atomlar  və  boşluqdur.  Platon  üçün  reallıq  ideal 

mahiyyət  kimi  anlayışlar  dünyasıdır!  Fikir  tarixində  reallığın 

başqa izahları da çox olub. Lakin indiki dövrdə reallıq problemi 

elmdə  fundamental  kəşflərlə  əlaqədar  xüsusi  kəskinlik  və 

aktuallıq kəsb edir. 

Marksist  fəlsəfə baxımından bütöv  sistem kimi xarici  aləm, 

bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olan  və  bir-birini  qarşılıqlı 

şərtləndirən ayn-ayn predmetlərin və qanunauyğunluqlann birgə 

dünyası,  həqiqi,  gerçək  reallıqdır.  Obyektiv  reallıq  insan 

şüurundan asılı olmayaraq öz-özünə, şüurdan kənarda var olan, 

fiziki və başqa xassələri, özəllikləri olan bütün şeylərə deyilir. 

Pozitiv görüşləri qəbul  edən təbiətşünaslar reallığı duyğula- 

nn verdiyi məlumat ilə eyniləşdirirlər. Vəzifə ondan ibarətdir ki, 

bilavasitə və hissi-əşyavi reallıqdan kənara çıxıb, hiss üzvləri ilə 

qavranılmayan reallığı da qəbul etmək. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   281   282   283   284   285   286   287   288   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə