Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə286/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   282   283   284   285   286   287   288   289   ...   540
1027 (1)

3.

 

Sonlu və sonsuz varlıq anlayışı 

Sonlu  olmaq  -  sona  doğru  hərəkət  etmək,  məkan  və  zaman 

daxilində  məhdud  olmaq  deməkdir.  Sonsuzluq  deyəndə  isə  biz 

daim keyfiyyətcə yeni yaranma prosesini nəzərdə tuturuq; bu 



248 


proses məkan və zamanın sonsuz olmasını, yeni sərhəd həddini 

qazanmaq və itirməyi əhatə edir. Bununla əlaqədar sonu olmaq - 

mövcudatm  sonsuz  dəyişmə  prosesinin  bir  momenti-  dir  (bir 

andır). Sonsuzluq - sonu olmağın inkarıdır. 

Dünyanın  sonsuz  zaman  daxilində  mövcud  olması  əbədilik 

anlayışı  ilə  ifadə  edilir.  Əbədilik  elmdə  yalnız  kainata  aiddir, 

onun hər hansı  konkret  sistemi  isə müvəqqəti və keçicidir. Din 

fəlsəfəsinə görə isə əbədi - yalnız Allahdır. 

Sonlu olmaq və sonsuzluq kateqoriyalan insan təfəkkürünün 

uzun  sürən  təkamülünün  məhsuludur.  Onların  təşəkkül  tapması 

məkan, zaman, kəmiyyət kateqoriyalan ilə sıx əlaqədə olmuşdur. 

Sonlu  olmaqla  sonsuzluq  arasındakı  əkslik  yalnız  fəlsəfi 

təfəkkürün  formalaşdığı  dövrdə  başa  düşülmüşdür.  Əvvəlcə 

sonlu  olmaq  və  sonsuzluğun  keyfiyyətcə  şərh  edilməsi 

başlamışdı: onlar bir-birinə qarşı duran, keyfiyyətcə müxtəlif, bir- 

birindən  ayn  mövcud  olan  substansiya  kimi  varlığın  xüsusi 

mahiyyəti, xüsusi tipləri hesab edilirdi. Sonsuzluğu  - sonu olan 

bütün şeylərin əsasında duran nə isə ilk çıxış, mütləq başlanğıc 

kimi təsəvvür edirdilər. 

Sonsuzluğun  kəmiyyətcə  izahı  qədim  yunan  filosoflannm 

çoxunun  diqqətini  cəlb  etmişdir.  Onlar  sonsuz  çoxluğu  və 

prosesləri  nəzərdən  keçirir,  sonsuz  böyük  və  sonsuz  kiçik 

ədədlərdən istifadə edirdilər. 

Orta əsr fəlsəfəsində sonu olmaq və sonsuzluq problemlərinin 

qoyuluşu  hər  şeydən  əvvəl  antik  yunan  mütəfəkkirlərinin  irəli 

sürdükləri  ideyaların  dini-ilahi  dünyagörüşün  strukturuna  daxil 

edilməsi  ilə  əlaqədə  idi.  Sonsuzluq  ideal  və  insan  ağlı  ilə  dərk 

edilməyən ali reallıq kimi şərh edilirdi. 

Böyük  mütəfəkkir-sufı  əl-Qəzali  deyirdi  ki,  filosoflar 

dünyanın daimiliyini üç fundamental müddəa ilə əsaslandınr- lar: 

1) heç nədən heç nə yaranmır, və yaxud başqa sözlə, heç nə heç 

nədən yarana bilməz; 2) müəyyən səbəb meydana gələndə mütləq 

və həmin an nəticə də meydana gəlir; 3) səbəbin başqa təbiəti var, 

o nəticəyə görə xaricdən gəlir. 



249 


Əl-Qəzali,  başqa  sufilər  kimi  hesab  edirdi  ki,  yalnız  vahid 

Mütləq Varlıq var, o da Allahdır; bütün mövcud olanların hamısı 

Allah tərəfindən yaradıldığı üçün müvəqqəti və keçicidir, əvvəli 

olduğu kimi sonu da var. Əbədi olan - yalnız Allahdır. O məkan 

və zaman xaricindədir. 

İntibah  dövründə  və  yeni  tarixdə  sonu  olan  və  sonsuzluq 

kateqoriyaları  çox  hallarda  elmi  təfəkkürün  silahı  kimi  istifadə 

edilirdi.  Kainatın  sonsuzluğu  ideyası  onda  sonlu  və  sonsuzluq 

problemlərinin  təhlilini  müəyyənləşdirən  mərkəzi  ideya  idi. 

Bununla  yanaşı  sonsuzluq  ideyasına  qarşı  aqnostik  və  skeptik 

münasibətlər də meydana gəlirdi. Kant müəyyən mənada fəlsəfi 

fikrin bu istiqamətdə hərəkətini yekunlaşdırmışdı. 

Kantdan  sonra  sonlu  və  sonsuzluq  problemi  yenidən  fəlsəfi 

problemlər  arasında  əhəmiyyətli  yer  tutdu.  Hegel  sonlu  və 

sonsuzluq haqqında fəlsəfi təlimi daha da inkişaf etdirərək, ideal 

varlığı xarakterizə edən «həqiqi sonsuzluğu» və təbiətdə mövcud 

olan «yaramaz sonsuzluğu» bir-birinə qarşı qoyurdu. 

Marksist fəlsəfə materialist baxımından Hegel dialektikasm- 

dan istifadə edərək sonlu olan və sonsuzluq kateqoriyalanna tərif 

verir. Dialektik materializmə görə varlığın bütün formalan sonlu 

və  sonsuzluğun  vəhdətindən  ibarətdir.  Hər  bir  varlıq  müxtəlif 

münasibətlərdə bəzən sonu olan, bəzən isə sonsuz kimi çıxış edir, 

yaranır  və  yox  olur.  Elə  bir  varlıq  yoxdur  ki,  yalnız  sonlu  və 

yaxud  yalnız  sonsuz  olsun.  Beləliklə,  sonlu  və  sonsuzluq 

kateqoriyaları  elə  anlayışlardır  ki,  reallığın  ən  əsas  moment- 

lərini əks etdirir. Marksist fəlsəfə ətraf dünyanın ayn-ayn konkret 

təzahürlərinin və proseslərinin sonlu olması  fikrini materiya və 

hərəkətin  sonsuzluğu  və  tükənməzliyi  ideyası  ilə  birləşdirir. 

Gerçəkliyin  ayn-ayn  obyektlərinin  mütləqliyi  və  sonlu  olması 

onlann yalnız bir tərəfidir; onların başqa tərəfi - sonsuz imkana 

malik  olmalan,  onlan  tükənməz  edən  sonsuz  proseslərdə 

iştirakıdır. Hər bir obyekt sonsuz olduğu qədər də sonludur. 

Marksist fəlsəfə sonlu olmaq və sonsuzluq kateqoriyalarının 

elmi  idrakda  yerini  özünəməxsus  qaydada  müəyyənləşdirir. 

Sonsuzluq ideyası  elmi  idrak üçün o zaman zəruri olur ki,  elm 

ayrı-ayrı faktları qeyd etmək nəticəsində əmələ gələn sonu 



250 


olanın  empirik  təsviri  ilə  məhdudlaşmır  və  tədqiq  edilən  sonlu 

obyektlərin  təbiətini  müəyyən  edən  ümumi  qanunları  meydana 

çıxarmaq  yolu  ilə  gerçəkliyin  nəzəri  izahına  keçir.  İdrak 

prosesində  obyektin  qeyri-məhdudluğu  o  zaman  üzə  çıxır  ki, 

onun sərhəddini müəyyənləşdirmək mümkün olur. 

Pozitivist  ədəbiyyatda  hər  şey  sonlu  və  sonsuzun  riyazi 

tərifinin  təhlilinə  bağlanır.  XX  əsr  Qərb  filosoflarının  çoxunda 

sonsuzluğun  reallığını  ümumiyyətlə  inkar  etməyə  meyl  var. 

Onların  dediyinə  görə  sonsuz  odur  ki,  onun  axın  fikrə  gəlmir, 

sərhəddini  görmək  olmur.  Bu  mənada  məkan  və  zaman 

sonsuzdur, çünki onlar üçün bizim müəyyənləşdirdiyimiz və ləğv 

etdiyimiz  sərhəd  yalnız  bizim  biliyimizin,  hissi  idrakımızın  və 

düşüncəmizin  sərhəddidir.  Deməli,  sonu  olan  və  sonsuzluq 

kateqoriyaları təfəkkür vasitəsilə müəyyənləşir. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   282   283   284   285   286   287   288   289   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə