lə bilməz. Tarixi axarın sahili
yoxdur ki, insan oraya çıxıb ona öz
münasibətini bildirsin. İnsanlar həmişə tarixin içərisində olur və
onunla birlikdə hərəkət edir. Ona görə də tarix insan idrakı üçün
yalnız daxildən əlçatan olur.
Hegelə görə fəlsəfi ağıl tarixdə yalnız öz-özlüyündə ağlabatan
və zəruri olanı dərk edə bilər. Yaspersin fikrincə isə tarixin fəlsəfi
anlamını zəruri və qanunauyğun olanla məhdudlaşdırmaq əslində
tarixə yolu bağlamaq deməkdir. Tarixi olan hər şey tək və
təkrarolunmazdır. Lakin həm «tarixin təbiətinə», həm də məhz
«tarixin özünə» xas olan zaman hadisələrinin dönməzliyi və
unikallığı hələ öz-özlüyündə tarixin mahiyyətini təşkil etmir.
Yaspersə görə tarixi obyektivizmin aradan götürülməsi zəruri
olaraq tarixi öz-özünü anlayan və izah edən reallıq kimi şərh
etməyi tələb edir. Tarixi gerçəklik yalnız onun şərhi ilə birgə
mövcuddur. Üstəlik, tarix yalnız ona görə mövcuddur ki, insan
varlığı özünü şərh edir və bu yolla özünə (dünyaya) təsir edir.
Tarixi varlıq «istiqamətləndirilən mənlik varlığıdır». Tarixi
düşünmək və yaxud hisslərdə yaşatmaq azdır, onu yalnız
yaşamaq lazımdır, həm də (şəxsi həyat kimi) insanın praktiki
olaraq «yaşadığı» və «düzəltdiyi» şey kimi.
Tarixin fəlsəfəsi hər hansı bir formada tarixin başa çatdığını
nəzərdə tutmadan onu konkret məkanda və bu gün olmasa da,
prinsip etibarilə ağlasığan və mümkün tamamlama şəklində
anlaya bilməz.
Dostları ilə paylaş: