Əvvəlcədən görmək
gələcək haqqında bilikdir, yəni
gerçəklikdə hələ mövcud olmayan, lakin inkişafın gözlənilən
gedişinin obyektiv və subyektiv zəmini formasında potensial
olaraq hal-hazırda mövcud olan haqqında bilikdir. Əvvəlcədən
görməyin qnoseoloji əsasını şüurun gerçəkliyi qabaqlayaraq əks
etdirmək qabiliyyəti təşkil edir.
Nisbətən yaxın gələcək haqqında elmin əlində çoxlu konkret
məlumatlar var ki, onlar 20-30 il öncədən əsaslandırılmış, dürüst
proqnoz
vermək imkanı yaradır. Məsələn, demoqraflar inamla
göstərirlər ki, 2025-ci ildə dünyada 8 milyard adam yaşayacaq.
30-40 il əvvəldən dünyanın mineral xammal ehtiyatı da
müəyyənləşdirilir.
Proqnozlaşdırmaq - sosial sferada əvvəlcədən görməyin bir
forması kimi ehtimal etmək, planlaşdırmaq, proqramlaşdırmaq,
layihələşdirmək, idarə etmək ilə əlaqədədir.
İzah etmək və qabaqcadan xəbər vermək nəzəriyyənin əsas
funksiyasıdır və bir-biri ilə qınlmaz surətdə bağlıdır. Bu qarşılıqlı
əlaqə hər şeydən əvvəl onunla şərtlənir ki, izah etmək və
qabaqcadan xəbər vermək mahiyyəti bilməyə əsaslanır, bu isə
mahiyyətin təzahür etməsini, obyektin fəaliyyət və inkişafının
qanunauyğunluqlarını izah etmək, onun gələcək vəziyyətini
proqnozlaşdırmaq imkanı yaradır. Nəzəriyyənin izahı nə qədər
dolğun və dərin olarsa, qabaqcadan xəbər vermək də bir o qədər
etibarlı və dəqiq olar.
İnsanın öz əməli fəaliyyətinin nəticələrini əvvəlcədən
görmək, gələcək real obyektlərin ideal modelini yaratmaq
qabiliyyəti imkan və gerçəkliyin dialektikasında özünün nəzəri
əsasını tapır. Gələcək çox imkanlardan biri kimi çıxış edir; bu
337
imkan gerçəklikdə gizlənir, insan zəkası vasitəsilə üzə çıxarılır,
tələb formasında dəqiq ifadə edilir və məqsəd kimi irəli sürülür.
İmkanı reallaşdırmaq, gerçəyə çevinnək əməli fəaliyyət
prosesində həyata keçirilir.
Elmi öncədəngörmə gələcəyi tamamilə dəqiq və tam bilmək,
özünün mütləq həqiqət olması iddiasında deyil. Hətta diqqətlə
yoxlanılan və ölçülüb-biçilmiş proqnozlar yalnız müəyyən
dərəcədə özünü doğruldur. Beləliklə, elmi öncədəngörmə ehtimal
olunan bilikdir.
Futurologiya
(lat. «futurum» - gələcək, yun. «logos» - söz,
təlim) hərfi mənada gələcək haqqında təlim deməkdir; geniş
mənada futurologiya vəziyyətin gələcəyi haqqında təsəvvürlər
məcmusudur, dar mənada isə sosial proseslərin gələcəyini əhatə
edən elmi bilik sahəsidir. Futurologiya tez-tez proqnoz-
laşdırmanın sinonimi kimi işlədilir.
Bir çox filosoflar gələcəyi elmi baxımdan görməyi
ümumiyyətlə inkar edirlər. Məsələn, K.Popper gələcəyi
əvvəlcədən görməyin mümkünsüzlüyünü sübut edir, çünki onun
fikrincə, tarixi prosesin vahid məntiqi yoxdur, indi baş verən
tarixi hadisə özünə qapanmış fraqmentdir və yalnız empirik
fraqment kimi dərk edilə bilər.
Dostları ilə paylaş: |