Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə373/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   369   370   371   372   373   374   375   376   ...   540
1027 (1)

1.3.

 

Sosial idrakın obyekt və subyekti 

İdrak  prosesi  dərk  edən  subyekt  ilə  dərk  olunan  obyekt 

arasında qarşılıqlı əlaqə və qarşılıqlı təsir formasında baş verir. 

Dərk edən fərdin özü dərk olunan reallığın bir hissəsi olduğu 

üçün tarixin dərk edilməsi eyni zamanda idrakı həyata keçirənin 

özünün  daxili  aləminin  formalaşması  və  ifadə  olunması 

prosesidir.  Bu  həm  də  o  deməkdir  ki,  cəmiyyəti  dərk  edərək 

subyekt  insanlar  arasındakı  münasibətlərin  xarakterinə  öz 

əlavəsini göstərir, özünün seçdiyi idrak üsulları ilə başqa insanlar 

üçün belə münasibətlərin bu və ya digər nümunələrini verir. 

Beləliklə,  insan  tarixin  subyektidir,  özünün  tarixi 

mövcudluğu  üçün  zəruri  şəraiti  və  ilkin  şərtləri  özü  yaradır. 

Deməli, sosial-tarixi idrakın obyekti yalnız dərk edilmir, həm də 

insanın  özü  tərəfindən  yaradılır.  Sosial  idrakda  insan  öz 

fəaliyyətinin  nəticələri  ilə  iş  görür.  İdrakın  subyekti  olmaqla 

yanaşı o eyni zamanda onun obyekti olur. Bu mənada sosial idrak 

insanın  mənlik  şüurudur  və  burada  o  öz  mahiyyətini  açır  və 

tədqiq  edir.  Obyekt  insanların  özləri  və  onların  fəaliyyətinin 

nəticəsi 

335 



dir,  idrak  subyekti  də  insanların  özləridir.  Cəmiyyətdə  kiminsə 

mənafeyinə toxunmadan heç bir iş görmək olmaz. Sosial idrakın 

spesifikası məhz bundan ibarətdir. 

Sosial  bilik  -  insan  cəmiyyətinin  obyektiv  tendensiyalan  və 

insanların  subyektiv məqsədləri haqqında bilikdir. Ona  görə də 

ictimai həyatın hansı sahəsi olursa olsun, sosial idrak subyekt ilə 

obyektin  qarşılıqlı  münasibətini  əks  etdirir,  çünki,  yuxanda  da 

deyildiyi  kimi,  sosial  idrakda  elmi  idrakın  subyekti  və  obyekti 

arasında  kəskin  ayrılma  yoxdur.  Bununla  da  sosial  idrak  ilk 

növbədə  subyektiv-obyektiv  münasibətlərin  dərk  edilməsi  kimi 

çıxış edir. 

Cəmiyyət  təbiətdən  fərqli  olaraq  məkan  və  zaman  etibarilə 

məhdud obyektdir. İlk baxışda belə görünə bilər ki, bu vəziyyət 

cəmiyyətin  tədqiqini  asanlaşdırır.  Əslində  isə  belə  deyil. 

Cəmiyyət hər hansı üzvi, xüsusən qeyri-üzvi aləm ilə müqayisədə 

daha mürəkkəb bir varlıqdır. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   369   370   371   372   373   374   375   376   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə