Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


  IV   BOLMƏ  Cəmiyyət və insan fəlsəfəsi



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə370/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   366   367   368   369   370   371   372   373   ...   540
1027 (1)

330 


IV

 

BOLMƏ 



Cəmiyyət və insan fəlsəfəsi 

1. Sosial fəlsəfə 

1.1.

 

Sosial fəlsəfənin ümumi özəllikləri 

Sosial  fəlsəfə  ictimai  həyatın  ayrı-ayrı  tərəflərini  və 

proseslərini  deyil,  onu  qarşılıqlı  təsirdə  və  əlaqədə  olan  bütün 

tərəfləri ilə birlikdə bütöv bir proses kimi öyrənir. Deməli, sosial 

fəlsəfə ictimai inkişafın ümumi nəzəriyyəsi kimi çıxış edir; onun 

özünün xüsusi tarixi təfəkkür təcrübəsi olmalıdır. Bununla yanaşı 

o  bu  təcrübəni  öyrənməli,  onu  özünün  tədqiqat  obyektinə 

çevirməlidir. 

Cəmiyyət  haqqında  idealist  görüş  fəlsəfə  tarixinin  bütün 

mərhələlərində  çox  geniş  yayılıb.  Belə  görüş  təsdiq  edir  ki, 

ictimai  həyatın  bütün  hadisələri  son  nəticədə  mənəvi 

başlanğıcdan  asılıdır.  (Mütləq  ideya,  görkəmli  şəxsiyyətlərin, 

qəhrəmanların,  rəhbərlərin  və  başqalarının  iradəsi).  Bir  çox 

böyük  mütəfəkkirlərin  fikrincə,  insan  fəaliyyəti  adətən  mənəvi 

sahə  ilə  məhdudlaşır,  köklü,  zəruri  ictimai  dəyişikliklər  isə  - 

cəmiyyətin mənəvi sferasının dəyişməsindən asılıdır. 

İnsanlar  üçün  aşağıdakı  sualların  cavabını  bilmək  çox 

vacibdir: cəmiyyətdə baş verən dəyişikliklər təsadüfıdirmi? Tarix 

bir-biri  ilə  əlaqəsi  olmayan  ayrı-ayrı  hadisələrin  baş  verməsi- 

dirnıi?  İctimai  hadisələr  arasında  müəyyən  qarşılıqlı  əlaqə 

mövcuddurmu və tarixin gedişi zəruri və qanunauyğun xarakter 

daşıyırmı?  Bu  suallara  ən  aydın  və  sadə  cavabı  ilk  dəfə  din 

veribdir:  hər  şey  Allah  tərəfindən  müəyyənləşib  və  onun 

iradəsindən  asılıdır.  İnsan  Allah  tərəfindən  yaradılıb  və  onun 

taleyi  də  Allahdan  asılıdır.  İnsanların  bir  hissəsinin  zəngin,  bir 

hissəsinin kasıb yaşaması da ilahi iradənin işidir. 

İdealist  fəlsəfə  çox  hallarda  birbaşa  Allaha  müraciət  etmir. 

İdealist  filosoflar  hesab  edirlər  ki,  cəmiyyətdə  hər  şey  şüurdan 

asılıdır, dünyanı ideyalar idarə edir. Bu şüur, ideya həm insandan 

asılı olmayan, hətta onun yaranmasından əvvəl mövcud 



331 


olan  şüur  (obyektiv  idealizm),  həm  də  insanın  şüuru,  ideyası, 

onun öz mənliyinin təzahürü ola bilər (subyektiv idealizm). 

İdealistlərin  çoxu  hesab  edir  ki,  cəmiyyət  və  onun  inkişafı 

prinsip etibarilə dərkedilməzdir, çox şeylər təsadüflərdən, insan 

şüurunun  çıxardığı  bu  və  ya  digər  nəticələrdən  asılıdır.  Onlar 

deyirlər ki,  cəmiyyət  təbiət kimi  deyil, burada insan şüurundan 

kənarda heç bir obyektiv qanun və inkişaf ola bilməz. 

Göstərmək lazımdır ki, sosial hadisələrin izah edilməsi işində 

idealist  mütəfəkkirlərin  əldə  etdiyi  elmi  nailiyyət  sosial-  fəlsəfi 

fikrin irəliyə doğru sonrakı hərəkətini şərtləndirdi. 

İndiki  dövrdə  bizə  hansı  sosial  fəlsəfə  lazımdır?  Əlbəttə, 

«sülh  fəlsəfəsi»,  «keçid  dövrünün  fəlsəfəsi»,  «milli  həmrəylik 

fəlsəfəsi»  və  s.  adlandırılan  sahələr  sosial  fəlsəfənin  ayrı-ayrı 

fraqmentləri  olsa  da,  sözün  əsl  mənasında  fəlsəfə  deyil.  Bizim 

müasir  həyatımızın  fəlsəfi  cəhətdən  əsaslandırılması  o  zaman 

mümkün  olacaq  ki,  humanizm  dəyərlərinin  və  demokratiyanın 

həyata  keçirilməsinə  yol  açmağa  qadir  olan  yeni  tarix  fəlsəfəsi 

yaradılsın.  Humanizm  və  demokratiyaya  zidd  siyasət  və  onun 

yaratdığı  mənəvi,  o  cümlədən  fəlsəfi  atmosfer  gec-tez  iflasa 

uğrayır.  Böyük fəlsəfi  və etik ideyalar isə ağır sınaqlara məruz 

qalsalar da keçici olmur və əbədi yaşayır. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   366   367   368   369   370   371   372   373   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə