Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Bax: M.Хайдеггер. Врс.мя и бытие. M., «Республика». 199.1. с.2.19



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə368/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   364   365   366   367   368   369   370   371   ...   540
1027 (1)

Bax: M.Хайдеггер. Врс.мя и бытие. M., «Республика». 199.1. с.2.19. 

Ycno orada, s.242. 

Ycno orada. 

T.B.Адорно. К логике социши.иых наук. - Вах: Жури. «Вопросы философии». JM« 10, 

1992.С.77. 

327 


faktlar sosial vasitələrlə ifadə edildiyi üçün idrakın axınncı əsası 

deyil».” 

Adomo  və  Horkhaymer  elmi  düşüncəyə  o  qədər  də  müsbət 

yanaşmu-dılar.  Frankfurt  məktəbinin  ikinci  nəsli  məktəbin 

banilərinin  mövqeyini  xeyli  dəyişdirdi.  Habermas  və  Apelin 

kommunikativ  rasionalizmi  özünün  çatışmamazlığmı  aradan 

qaldırmağı  bacaran  və  sosial  tərəqqini  təmin  edən  elmi 

düşüncənin  özünütənqidi  kimi  çıxış  edir;  elm  şübhə  altma 

alınmır;  elm  dünyanın  məqsədəuyğun  və  rasional  yolla 

öyrənilməsi kimi başa düşülürdü. Elmi bilik əsaslandınlır, belə ki, 

o  kommunikativ  biliklərin,  xüsusən  elmi  ictimaiyyətin  dil 

oyunlannda  aydınlaşdığı  kimi  rasional  baxımdan  daha 

məqbuldur. 

3.6. Elm və əxlaq 

Elmdə əxlaq məsələsi həmişə alimlərin diqqətini özünə cəlb 

etmiş  və  bu  məsələ  ətrafında  həmişə  müxtəlif  fikirlər  irəli 

sürülmüşdür.  Məsələn,  M.Veberə  görə  elmi  -  xoşbəxtliyə, 

xüsusən Allaha doğru aparan yol hesab etmək lazım deyil, çünki 



0

  aşağıdakı  suallara  cavab  vermir:  Biz  nə  etməliyik?  Biz  necə 

yaşamalıyıq?  Bu  dünyanın  mənası  varmı  və  burada  yaşamağa 

dəyərmi? və s. 

Elmin  -  gerçəkliyin  bütün  sahələrinə  soxulmaq,  insanın 

məhrəm,  gizli  aləmini,  şüuraltını  və  s.  tədqiq  etmək  hüququ 

varmı? 

İnsan 


idrakının 

müdaxilə 

etmək 

sərhəddini 



müəyyənləşdirən hər hansı bir əxlaqi hüdud varmı? Yaxud elmin 

hər  şeyə  ixtiyarı  varmı?  və  s.  bu  kimi  suallara  cavablar  çox 

müxtəlif, bəzən daban-dabana zidd olmuşdur. 

Elm  həqiqət  axtarmaqdır,  həqiqəti  axtarmaq  isə  öz- 

özlüyündə  xeyirxahlıqdır.  Lakin  alimlər  də  insandır,  onlann  da 

xarici gerçəklik haqqında özünəməxsus müxtəlif görüşləri, siyasi 

quruluşa,  ayn-ayn  liderlərə  qarşı  rəğbət  və  yaxud  mənfi 

münasibəti  ola  bilər,  onlar  da  yanıla  və  səhv  edə  bilərlər.  Elmi 

kəşflər  bəzən  alimin  arzusundan  asılı  olmayaraq  hərbi-siyasi 

məqsədlər üçün istifadə oluna bilər. Elm tarixində elə hadisələr 

Yenə orada, s.80. 

328 



olmuşdur ki, alim öz tədqiqatının nəticələrindən insanlıq əleyhinə 

istifadə  ediləcəyi  təhlükəsini  əvvəlcədən  görərək,  bu  tədqiqatı 

dayandırmağa və yaxud gizlətməyə çalışmışdır. 

«Adətən  hesab  edirlər  ki,  elm  etikadan  asılı  deyil.  Bir  çox 

alimlər əmindirlər ki, elm obyektiv və bitərəfdir. Onların fikrincə 

elmi  nəzəriyyələr  dəyərlərdən  tamamilə  azaddır,  ona  görə  də 

faktları və dəyərləri dəqiq olaraq bir-birindən ayırmaq lazımdır. 

Pozitivistlərə inansaq elm rasional və obyektivdir, dəyər haqqında 

mühakimələr  isə  emosional  və  subyektivdir.  Müstəqillik 

ideyasının  tərəfdarları  elm  ilə  texnologiya  arasında  belə  dəqiq 

sərhəd çəkir və təsdiq edirlər ki, alimlər öz kəşflərinin praktikada 

tətbiq  edilməsi  üçün  cavabdeh  deyil.  Onların  fikrincə,  elmi 

kəşflərin  nəticələrini  əvvəlcədən  demək  olmaz  və  alimlərin  öz 

səlahiyyətlərindən kənarda qalan işlər haqqında danışmağa haqqı 

yoxdun>.’* 

XX əsrin böyük fıziklərindən olan Maks Bom yazmışdır: «Biz 

həmçinin  onun  da  qayğısını  çəkməliyik  ki,  mücərrəd  elmi 

təfəkkür  tətbiq  edilməsi  lazım  olmayan  başqa  sahələrə 

yayılmasın.  İnsani  və  əxlaqi  dəyərlər  tamamilə  elmi  təfəkkürə 

əsaslana bilməz».’’ 

Dahi  fizik  Albert  Eynşteynin  də  elmin  etikası  haqqında 

fikirləri maraqlıdır: «Mən hesab etmirəm ki, elm insanlara əxlaq 

öyrədə bilər. Mən inanmıram  ki,  əxlaq fəlsəfəsini ümumiyyətlə 

elmi əsasda qurmaq olar».*®® 

Özünü  hər  cür  əxlaqi  məsuliyyətdən  azad  elan  edən  elm  - 

«təmiz elm» müəyyən şəraitdə xeyirdən şərə çevrilə bilər, insan 

zəkasının  faydalı  nailiyyəti  olmaqdan  daha  çox  insanlara  ziyan 

gətirən qüvvə, onların mövcudluğu üçün təhlükə, müharibələrdə, 

iqtisadi fəlakətlərdə adamların kütləvi qırğın vasitəsi ola bilər. 

Bəzi  mütəfəkkirlər  hesab  edirlər  ki,  elmi  cəhətdən 

əsaslandırılan hər şey əxlaqidir, başqaları isə, əksinə, deyirlər ki, 

elmi əsaslandırmağın deyil, seçməyin predmeti əxlaqi ola bilər. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   364   365   366   367   368   369   370   371   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə