Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


и. Барбур. Этика в век технологии



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə369/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   365   366   367   368   369   370   371   372   ...   540
1027 (1)

и.

Барбур. Этика в век технологии. 

М., 

2001, с.34. 

М.Борн. Моя жизнь и взгляды. М.. 197.3, с. 128. 

А.Эйнштейн. Собрание научных трудов. В 4-х гг.. T.IV. М.. 1967. с. 165. 

329 


Qərbin  bir  çox  apancı  alimləri  göstərirlər  ki,  elmin  sonrakı 

inkişafı cəmiyyətin mədəni həyatını dağıtmaq təhlükəsi yaradır. 

Sual olduqca kəskin qoyulur: biz elm üzərində nəzarəti öz əlimizə 

ala bilərikmi və yaxud bizi elmin qulu olmaq taleyi gözləyirmi? 

Elm yalnız insanın maddi mövcudluğu üçün deyil, həm də daha 

incə planda bizim mədəni həyatımızda dərindən kök salmış ənənə 

və təcrübəni dağıtmaq təhlükəsi yaradır. 

Elmin  indiki  dövr  etik  normalarını  aşağıdakı  kimi 

qruplaşdırmaq  olar:  1.  Vəzifə  kimi  başa  düşülən  idraka  cəhd 

etmək. Alimin ağılın qüdrətinə, onun bəşəriyyətə xeyir gətirməsi 

qabiliyyətinə inanması. 2. İntellektual mülkiyyətə hörmət etmək 

və plaqiata, yəni başqasının fikrini özününkü kimi irəli sürməyə 

mənfi  münasibət.  Başqasının  tədqiqat  nəticələrindən  istifadə 

edərkən  mənbəni  mütləq  göstərmək  lazımdır.  3.  Ba-  rışmazlıq, 

elmi axtarış, elmi düzgünlük tələbi. Əks halda dəyər münasibəti 

elmdə  mənfi  rol  oynaya  bilər;  yalançı,  elmə  zidd  müddəaların 

meydana  gəlməsinə  səbəb  olar.  4.  Elmin  etik  norması  kimi 

həqiqəti müdafiə etmək. «Platon mənim dostumdur, həqiqət isə 

daha  qiymətlidir»  (Aristotel).  5.  İndiki  dövrdə  alimin  sosial 

məsuliyyəti  elmin  və  texnikanın  dünya  nizamının  dərin, 

fundamental  fiziki,  bioloji  və  b.  qatlarına  nüfuz  etməsi  ilə 

əlaqədar ölçülməz dərəcədə artır. Bu sahələrdə hər bir ehtiyatsız 

addım bəşəriyyət üçün həddən artıq təhlükəli ola bilər. 

Elmin  tədrisi  -  yalnız  idrak  standartlarını  ötürməklə 

məhdudlaşmayaraq əxlaq təhsilini də özündə birləşdirir. Müasir 

inkişaf  etmiş  cəmiyyətdə  məktəb  və  universitetlər  insan  üçün 

başqa qurumlar haqqında (ailə, dost-tanışlar, dini təşkilatlar və s.) 

nəyi bildiyini və kim olmaq istədiyini müəyyənləşdirmək işində 

daha  böyük  əhəmiyyət  kəsb  edir.  Elmin  tədrisi  prosesində 

dəyərlərin ötürülməsi adətən müəllimlər tərəfindən açıq şəkildə 

onların öyrədilməsi kimi etiraf edilmir. Nəticədə tələbələr onlara 

dəyər  haqqında  deyil,  yalnız  təkzibedilməz  həqiqət  haqqında 

məlumat verildiyini hesab edirlər. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   365   366   367   368   369   370   371   372   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə