Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə76/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   72   73   74   75   76   77   78   79   ...   540
1027 (1)

2.

 

Qədim Çində fəlsəfi fikir 

Qədim  Çində  fəlsəfi  fikirlərin  formalaşması  b.e.ə.  VI-V 

əsrlərə təsadüf edir. 

Konfusiçilik  əxlaqi-siyasi  təlim  olaraq  qədim  Çinin  fikir 

tarixində  əhəmiyyətli  yer  tutur.  Bu  təlimin  yaradıcısı  böyük 

mütəfəkkir  Äb«/«s/  (b.e.ə.  təxm.  551-479)  olmuşdur.  O, 

ümumiyyətlə  Çin  mədəniyyətinin  inkişafına  çox  böyük  təkan 

vermişdir.  Konfusi  ənənəvi  görüşlərə  söykənərək  belə  hesab 

edirdi  ki,  göy  (səma)  ali  ilahi  varlıq  kimi  öz  iradəsini  insana 

qəbul etdirir. Onun fəlsəfəsinin mərkəzində tərbiyə problemləri 

dururdu.  O,  deyirdi  ki,  «Bütün  insanlar  öz  təbiətlərinə  görə 

bir-birinə yaxındırlar, lakin onlar tərbiyə gedişində aynlırlar». 

Konflısiçiliyə  görə  cəmiyyət  «etika  qanunlan»  ilə  idarə 

olunmalıdır,  yəni  davranış  normaları  və  qaydalanna,  əxlaqi 

əqidələrə, əxlaqi nümunə qüvvəsinə əsaslanmalıdır. 

Bununla  belə,  bu  təlimin  çıxış  nöqtəsini  «göyün  (səmanın) 

buyuruğu»  (əmr,  yəni  tale)  konsepsiyasını  hesab  etmək  olar. 

Göy təbiətin bir hissəsi olsa da - ali mənəvi qüvvədir, təbiət və 

insanı müəyyənləşdirir. 

Konfusiçilik  ilə  din  arasında  funksional  əlaqənin 

mövcudluğu  onun  buddizm  və  daosizm  ilə  dinc  yanaşı 

yaşamasını mümkün etmişdi. 



75 


Konfusinin fikrincə xeyirxahlığı ancaq səmimi qəlbdən edən 

adam  uğur  qazana  bilər.  «Nə  vaxt  ki,  həqiqət,  xeyirxahlıq, 

ədalət  prinsiplərini  öyrənən  insan  bütün  bunları  başdansovdu 

deyil,  səmimi  öyrənməyə  meyl  göstərir,  onda  həmin  adam 

böyüklüyə,  müdrikliyə  çata  bilər.  Belə  adam  imperiyanı 

başqalarından  yaxşı  idarə  etməyə  qadirdin).  ®  Çünki 

«xeyirxahlıq  təbliğ  edən  hökmdar  dan  ulduzuna  bənzəyir, 

bürcdə  başqa  ulduzlar  arasında  özünə  layiq  yer  tutun>.^ 

Konfiısinin  aşağıdakı  sözləri  bizim  zaman  üçün  də  çox 

aktualdır:  «Qulluqda  olmayan  vaxt  dövlət  işlərinə  qarışmaq 

mənasızdır».’ 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə