4.
«Saflıq qardaşları»nın təlimi
IX əsrin ikinci yarısında Bəsrə şəhərində «Saflıq qardaşla- n»
adlı dini-fəlsəfi cəmiyyət yaranmışdı. Bu cəmiyyət 890-cı ildə
din və müxtəlif bilik sahələrinə həsr edilmiş 52 traktat çap
olunandan sonra çox məşhurlaşmışdı.
Bu təlim sinkretik^® xarakter daşıyırdı. Məntiq və fizikada
«Saflıq qardaşlan» əsasən Aristotelə, təbabət və psixologiyada
Qalenə, ümumi fəlsəfi məsələlərdə isə sufizmə əsaslanaraq bu
mövqedən çıxış edirdilər.
«Saflıq qardaşlan» göstərirdilər ki, idrakın üç mərhələsi var:
hissi, rasional və intuitiv idrak.
Bu təlimin tərəfdarları hesab edirdilər ki, din və şəriət öz ilkin
təmizliyini itirib. Odur ki, dini çirkabdan təmizləmək lazımdır.
Cəmiyyət pis işlərlə dolub, əxlaq pozulub. Yalnız fəlsəfə
cəmiyyəti dağılmaqdan xilas edə bilər.
Dostları ilə paylaş: |