Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə112/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   108   109   110   111   112   113   114   115   ...   540
1027 (1)

İbn 

Rüşd

  (lat.  Averroes)  (1126-1198)  Şərq  peripatetizminin  son 

təmsilçisi  hesab  edilir.  O,  Avropada  və  Şərqdə  çox  geniş 

yayılmış  həqiqətin  ikiliyi  təliminin  banisidir.  Bu  təlimə  görə, 

fəlsəfi həqiqət ilə dini həqiqət bir-birinə zidd deyil, çünki onlar 

müxtəlif məzmuna malikdirlər: din insana necə hərəkət etməyi, 

yaşamağı öyrədir, fəlsəfə isə mütləq həqiqəti dərk edir. 

İbn Rüşd ağılı aktiv və passiv kimi iki qismə bölürdü. Passiv 

ağıl  insanın  fərdi  hissi  təsəvvürləri  ilə  bağlıdır,  aktiv  ağıl  isə 

əbədi olan ümumi intellekt xarakteri daşıyır. Yalnız bəşəriyyətin 

ümumi ağılı əbədidir. 

Platonun  «Dövlət»  əsərinə  yazdığı  təfsirdə  İbn  Rüşd 

göstərirdi  ki,  ən  yaxşı  quruluş  elə  dövlət  hesab  edilməlidir  ki, 

onun əsasında etik dəyərlər ilə praktiki fəaliyyətin təbii əlaqəsi 

dayanır.  Praktiki  fəaliyyət  və  əxlaqi  dəyərlər  ali  xeyirxahlığın 

(fədail) əsasıdır. İbn Rüşd hər şeydən əvvəl ictimai sferanın şəxsi 

həyat qarşısında üstünlüyünü xüsusi qeyd edir. 

İbn  Rüşd  özünün  «Təkzibin  təkzibi»  əsərində  dini  «zəruri 

siyasi  sənət»  kimi  dəyərləndirirdi.  Ruhanilərin  tiraniyasını  o, 

pozulmaqda olan dövlətlərin zəruri variantı hesab edirdi. Onun 

sosial-siyasi  görüşləri  Platonun  «Dövlət»  kitabına  yazdığı 

təfsirdə və başqa əsərlərində ifadə olunur. 

İbn  Rüşd  yaxşı  işləyən  qanunçuluğa  əsaslanan  hökmdar 

haqqında  düşünürdü.  Qanunlar  müdrik  adamlar  tərəfindən 

yaradılarsa, onlar həqiqətə uyğun olarlar. O,  yazırdı:  «Nəyinsə 

həqiqi  olması  şərti  onun  hamı  tərəfindən  qəbul  edilməsi  deyil. 

Ümumi  tərəfindən  qəbul  edilmək  hamıya  məlum  olmaq 

deməkdir. Məlumdur ki, nəyinsə ümumi tərəfindən qəbul edil- 



106 


məsi heç də onun öz-özlüyündə həqiqi olması demək deyil».^’ 

Son  nəticədə  həqiqilik  elə  həmin  müdriklər  tərəfindən 

müəyyənləşdirilir. 

İbn Rüşd belə nəticəyə gəlir ki, bir adamın və yaxud bir neçə 

adamın  hakimiyyəti  çoxluğun  hakimiyyətindən  daha  yaxşıdır. 

Başqa sözlə, monarxiya və yaxud aristokratiya demokratiyadan 

yaxşıdır. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə