Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Mevlana. Mesnevi. İstanbul, 1990 I (3003)



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə118/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   114   115   116   117   118   119   120   121   ...   540
1027 (1)

Mevlana. Mesnevi. İstanbul, 1990 I (3003). 

Yenə orada, I (524). 

110 


üzərində əsl hökmranlığı meydana gəlir. İbn Xaldun göstərirdi 

ki, dövlət bir sülaləyə mənsub olmalı və irsən keçməlidir. 

Bir halda ki, dövlət «hökmranlıq və hakimiyyətin zorakılıq 

vasitəsilə  həyata  keçirilməsi»**^  deməkdir,  onda  hökmdarın 

gücə ehtiyacı var; hökmdar gücə əsaslanaraq həm dövlət işlərini 

icra  edir,  həm  də  ona  tabe  olmayanları  əzir.  Öz  mülkünü 

saxlamaq, möhkəmləndirmək və genişləndirmək üçün hökmdar 

artıq qohumluğa deyil, başqa prinsiplərə, birinci növbədə maddi 

imtiyazlara əsaslanan yeni məmur qrupu yaradır. 

İbn  Xaldun  dəfələrlə  göstərmişdir  ki,  sivilizasiya və dövlət 

bir-biri ilə bilavasitə əlaqədardır. Bütün bəlaların və cəmiyyətin 

iflasının əsas səbəbi dövlətdir. Nəticə etibarilə dövlət tərəfindən 

tətbiq  edilən  zorakılığın  müxtəlif  formaları  cəmiyyətin  və 

həmin  dövlətin  dağılmasına  gətirib  çıxanr.  İnsan  kimi  hər  bir 

konkret dövlət də ölümə məhkumdur. 

İbn  Xaldun  sivil  həyatın  dağılmasının  bir  sıra  səbəblərini: 

qarşılıqlı  münasibət  və  həmrəylik  əlaqələrinin  zəifləməsini; 

dinin  zəifləməsi  ilə  insanlar  arasındakı  normal  münasibətin 

pozulmasını; hakimiyyətin xalqdan uzaqlaşıb özgələşməsi, ona 

görə  də  idarəçiliyə  xaricdən  məmurlann  dəvət  olunmasını; 

özbaşınalığın,  zorakılığın  və  qorxu  hissinin  güclənməsinin 

təzahürü  kimi  tiraniyanın  yaranmasını;  hakimiyyət  tərəfindən 

ədalət  prinsipinin  pozulması  və  bunun  nəticəsində  sosial 

təbəqələşmənin  baş  verməsini;  zinət  və  israfçılığa  meyil  və 

şəhər  mədəniyyətinin  pozulmasını  əsas  səbəb  kimi 

göstərmişdir. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə