Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə214/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   210   211   212   213   214   215   216   217   ...   540
1027 (1)

Yenə orada, s.l83. 

194 


4.

 

Fenomenologiya. Edmund Husserl 

Fenomenologiya  (yun.  «phainomen»-təzahür  edən  və  «lo- 

gos»-söz, təlim) elə fəlsəfi cərəyandır ki, fəlsəfi şüuru, subyekt və 

obyekti  kəskin  şəkildə  bir-birindən  ayıran  naturalist  fikirlərdən 

azad  etməyə,  idrakın,  insanın  mövcudluğunun  və  mədəniyyətin 

ilkin  əsasını  tapıb  üzə  çıxarmağa  səy  göstərir.  Əgər  klassik 

fəlsəfədə fenomenologiya məntiq və metafizika sistemlərinə giriş 

olmuşsa, XX əsr Avropa fəlsəfəsində o «təmiz şüurun» və insanın 

mövcudluğunun  aprior  strukturunun  təhlili  metodu  kimi  çıxış 

edir. 


XX  əsrin  əvvəllərində  fenomenologiyanın  fəlsəfədə 

müəyyən  istiqamət  kimi  meydana  gəlməsi  alman  filosofu 



EMusserlin 

(1859-1938) adı ilə bağlıdır. Onun fikrinə görə təbiət 

və tarix haqqında elmlərin özlərinin də əsaslandınlmağa müəyyən 

ehtiyacı  var.  Belə  əsaslandırmanı  isə  yalnız  şüur  fenomenləri 

haqqında ciddi elm olan fenomenologiya kimi fəlsəfə verə bilər. 

Husserl psixologizmi kəskin tənqid edirdi. Onun çıxardığı nəticə 

birmənalı  idi:  müxtəlif  elmlər  arasındakı  mövcud  əmək 

bölgüsündə psixologiya fəlsəfəni əvəz etməyə qadir deyil. İnsan 

varhğmın mənası yalnız fəlsəfə tərəfindən açıla bilər. 

Husserl hesab edirdi ki. Subyektin - «Mən»in psixi təcrübəsi 

psixi həyəcan keçirməkdən başlayır. Burada predmetin özü, həm 

də onun mahiyyəti verilir. Hər cür psixi həyəcan fenomen kimi 

çıxış  edir.  Husserlin  fəlsəfəsində  fenomen  şüurda  təzahür  edən 

hadisə  kimi  təsvir  edilir.  Onun  «geriyə  -  təcrübə,  müşahidəyə 

doğru» çağırışı fenomenoloji metodun başlanğıcı oldu. 

Husserl inandırmağa çalışırdı ki, intuitiv təcrübədən başlayan 

idrak  doğru  nəticəyə  gətirməlidir.  «...Heç  bir  düşünülən 

nəzəriyyə bizi prinsiplərin prinsipinə şübhə etməyə məcbur edə 

bilməz:  ilk  mənbədən  verilən  hər  bir  seyrçi  düşüncə  idrakın 

qanuni mənbəyidir. İlk mənbənin özündən gələn «intui- siya»da 

bizə  nə  təklif  olunursa  (necə  deyərlər,  əsl  canlı  gerçəklik) 

hamısını olduğu kimi, lakin yalnız təklif olunanın öz çərçivəsində 

qəbul etmək lazımdır». 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə