intuisiya ilə bağlıdır. Beləliklə, Berqson yaradıcılığın və
ümumiyyətlə mədəniyyətin elitar (seçilmiş) konsepsiyası fikrinə
gəlib çıxır.
Berqsonun fikirləri eyni zamanda praqmatizmə, personaliz-
mə, ekzistensializmə, tarixin fəlsəfəsinə də təsir göstərmişdi.
6.
Ekzistensializm
Ekzistensializm (və yaxud «mövcudluq fəlsəfəsi») XX əsrin
20-ci illərində meydana gəlib. Bu təlimin baniləri böyük alman
fılosoflan
Martin Haydegger
(1889-1976) və
Kari Yaspers
(1883-1969) olmuşlar. Doğrudur, onlann heç biri yalnız ekzi-
stensial fəlsəfə sahəsində çalışmamışlar. Haydeggeri xüsusən
ömrünün sonlannda daha çox fəlsəfi antropologiya və herme-
nevtika məşğul etmişdi. Yaspers isə politologiya, fəlsəfə, tarix,
hüquq, fəlsəfə tarixinə çox fikir vermişdi.
Fransada eksiztensializmin görkəmli təmsilçiləri J.P.Sartr
(1905-1980), A.Kamyü (1913-1960) və Q.Marsel (1889-1973)
olmuşlar.
Ekzistensializmə görə mövcudluğu anlayışlarla ifadə etmək,
ağılla dərk etmək mümkün deyil. Ağılla dərk edilən hər şey
obyektdir (əşyadır), subyekt kimi şüur isə obyektə qarşı durur.
Ekzistensializm müasir sivilizasiyada baş verən böhranı
ağılın və insanlığın böhranı ilə eyniləşdirməyə meyl göstərir və
bu böhranı «dünyanın fəlakəti», «sivilizasiyanın süqutu» kimi
izah edir. İnsan onun nəzarətindən çıxmış hadisələr selinə, ir-
rasional aləmə atılıb. Ekzistensialistlərə görə insan öz iradəsinin
əksinə olaraq ona yad olan mühitə düşüb. İztirab, əzab- əziyyət
bütün formalarda həyatın əsas hissəsini təşkil edir. Qorxu bu
fəlsəfənin təməl anlayışlarından biridir. Dünya ona görə
qorxuludur ki, o gücsüz və ağlasığmazdır. Bununla yanaşı həyat
hətta absurd vəziyyətində də qiymətlidir, insan üçün ona tay heç
nə yoxdur. Lakin bu həyat həmişə ölüm ilə həmsərhəddir.
indi də böyük ekzistensialistlərin bəzilərinin əsas fikirləri
haqqında qısa məlumat verək.
K.Yaspersin
fəlsəfəsini «kommunikativ ekzistensializm»
adlandırırlar. Bütün ictimai-tarixi reallığı o, kommunikasiya
(rabitə) prosesi kimi başa düşürdü. Hər bir həqiqət
kommunikativ həqiqət kimi şərh edilir.
Yaspers ekzistensiya haqqında demişdi: «Mən, ekzistensiya
kimi özüm özümə rabitəyəm. Mən sadəcə olaraq varlıq kimi
deyil, özünə münasibətdə olan, elə buna görə də özünün trans-
sendensiyasına münasibətdə olan varlıq kimi mövcudam. Lakin
mən yalnız başqasının daxil ola bilmədiyi varlıqda yaşamıram,
həm də əlaqəyə girə biləcəyim başqa ekzistensiyalar ilə
münasibətdə yaşayıram».
Yaspersə görə bizi bilikdən kənara çıxaran iki sərhəd var:
transsendensiya və ekzistensiya sərhədləri. Biz «sərhəd
situasiyası» ilə toqquşan vaxt həmin iki sərhəddə yanaşırıq.
Bizim şəxsi həyatımızda həmin sərhədlər əzab çəkmək, günah,
ölüm və s. situasiyalar ola bilər; elmi təfəkkürdə isə sərhəd
situasiy- alan paradoks və antinomiyalar ilə təmsil olunur. Elə
buna görə də filosof paradokslar ilə qarşılaşmamaq üçün alim
olmalıdır. Belə təcrübə bizə göstərir ki, bizim empirik «Mən»ə
əsaslanan biliyimiz və hər cür «dünyəvi mövcudluğumuz»
etibarsızdır. Əzab-əziyyət, günah və ölüm bizə öz
ekzistensiyamızı, bizdə olan «Mən»in qərar qəbul etmək
qabiliyyətini açır. Elə buna görə də «Mən» elmi idrak üçün
tükənməz olur. Ona görə yox ki, «Mən» təsvir edilmək üçün
olduqca mürəkkəbdir, ona görə ki, «Mən»in öz-özü ilə nə isə
etməsi üçün müəyyən hədd yoxdur. «Transsendensiya» elmin
ideal kimi qəbul etdiyi vəhdətə çata bilməkdə aciz olduğu üçün
bizə açılır. Elm təmiz elmi metodlar vasitəsilə spesifik
situasiyaları öyrənməklə məhdudlaşır və, Yaspersə görə, heç
vaxt bütövün dərk edilməsinə gətirib çıxarmır.
J.PSattr
Dekartın, Hegelin, Husserlin fenomenologiyası-
nm, Haydeggerin ekzistensializminin sintezi əsasında orijinal
Dostları ilə paylaş: