fəlsəfi konsepsiya yaratmışdı. Onun ideyalannın əsas xətti şüur
və varlıq, subyekt və obyekt, azadlıq və zərurət, azadlıq və
özgələşmə arasındakı barışmaz ziddiyyəti müəyyən etmək və
həmçinin onların sintezini və barışması yollarını axtarıb
tapmaqdır.
Sartr özünün əsas fəlsəfi əsəri olan «Varlıq və heçlik»
kitabında yazır: «Məni dünyaya atıblar o demək deyil ki, mən
suda axan taxta kimi düşmən Kainatda unudulmuş və passiv
qalıram, yox, əksinə, bu o deməkdir ki, mən qəflətən özümün
tənha və köməksiz olduğumu görürəm, tam məsuliyyət
daşıdığım dünyaya daxil oluram, həm də heç olmasa, nə qədər
çalışsam da, bir an belə bu məsuliyyətdən azad ola bilmirəm,
çünki mən özümün məsuliyyətdən qaçmaq istəyim üçün
cavabdehəm».'^*
İtaliya fılosofiı Nikolo Abbanyano (1901) Sartr haqqında
demişdir: «...Sartr bizim dövrün axırıncı böyük romantiki olmuş
və ehtiraslı sonsuzluq həvəsi ona güc gəlmişdir. O, Varlıq ilə
Heçlik arasında heç bir vasitə tapmır, çünki bu vasitə yoxdur.
Yalnız toqquşan, harmoniya və rahatlıq axtaran sonlu reallıqlar
arasında birbaşa vasitə mövcuddur. İnsanın ölçüsü ilə
yaranmayan dünya insanı Allah ilə bərabərləşdirməsə onu
dustaq kimi Heçliyə salır».
A,kamyii
hesab edirdi ki, insanın Mütləqə doğru can atması
həmişə uğursuzluqla nəticələnir. Ağılın ilk addımı həqiqət ilə
yanlışlığı ayırmaq olsa da, insan sonra inanır ki, o həqiqətə çata
bilməz. Kamyü soruşur: mən nəyi bilirəm? və cavab verir: mən
öz ürəyimin döyüntülərini hiss edirəm və bilirəm ki, o
mövcuddur. Məni əhatə edən əşyaları görürəm və bilirəm ki,
onlar mövcuddur. Mənim biliyim elə bu səviyyədə qurtarır.
Kamyü deyirdi: «...Dünya irrasionallıq ilə doludur. Mən
dünyanın unikal mənasını başa düşmürəm, ona görə də o mənim
üçün hədsiz dərəcədə irrasionaldır».'^®
Kamyü «Sizif haqqında mif» (1942) adlı fəlsəfi əsərində
insanın həyati fəaliyyətinin mənasızlığını özünəməxsus şəkildə
Dostları ilə paylaş: