5.
Həyat fəlsəfəsi. İntuitivizm. Anri Berqson
Həyat fəlsəfəsi XIX əsrin axırı - XX əsrin əvvəllərində
Avropada meydana gələn fəlsəfi cərəyandır. Bu fəlsəfə özünün
başlanğıc anlayışı kimi irəli sürdü)di həyat nə ruha, nə də
materiyaya uyğun gəlməyən və intuitiv yolla qavranılan nə isə
bütöv bir reallıqdır. İntuitivizm elə fəlsəfi cərəyandır ki,
intuisiyanı idrakın ən həqiqi vasitəsi hesab edir. İntuisiyanı və
intellekti (zəkanı) bir-birinə qarşı qoymaq bu fəlsəfənin əsas
xarakterik xüsusiyyətidir.
Həyat fəlsəfəsi və intuitivizmin ən böyük nümayəndəsi
fransız filosofu A.Berqsondur (1859-1941). Onun fikrincə
həyatın mənası yalnız intuisiyanın yardımı ilə qavranıla bilər,
çünki in- tuisiya elə bil ki, birbaşa əşyaya daxil olur və onun
fərdi təbiəti ilə qaynayıb qarışır.
Berqsonun dediyinə görə insan yaradıcı varlıqdır, çünki
«həyati ehtiras» yolu ondan keçir. Şopenhauerdən sonra
Berqson da təsdiq edirdi ki, insanın yaradıcılıq qabiliyyəti Allah
vergisi kimi yalnız seçilmiş adamlara bəxş edilmiş irrasional
Dostları ilə paylaş: |