Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Третья волна. M., ACT, 1999. c.558



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə234/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   230   231   232   233   234   235   236   237   ...   540
1027 (1)

Третья волна. M., ACT, 1999. c.558. 

Новая поетиндуетриальная волна на Западе, с.250. 

209 


kilatlanmanın  və  sosial  dəyişikliklərin  yeni  prinsiplərinin 

yaranmasına  səbəb  olmasıdır.  Artıq  nəzəri  bilik  yeniləşmənin 

əsas  mənbəyi  olur  və  texniki  tərəqqinin  təbiətini  tamamilə 

dəyişir, dövlətlər arasındakı münasibətləri qloballaşdırır. 

Yüksək texnologiyanın yaratdığı yeni rabitə vasitələri vaxtı 

qısaldır  və  məsafəni  yaxınlaşdırır.  İndi  rabitə  vasitələri  bütün 

dünyanı  əhatə  edir.  Bəşəriyyət  artıq  qlobal  informasion 

infrastruktur yaratmaq yolundadır. 

İnformasiyanın  nəhəng  axınına  tab  gətirmək  üçün  onun 

qaydaya  salınması,  saxlanması  və  istifadə  edilməsini  təmin 

edən  vasitələr  lazımdır.  Bəşəriyyət  tarixində  yaxınlaşan  eranı 

yalnız  informasion  cəmiyyət  deyil,  həm  də  bilik  cəmiyyəti, 

postindustrial  cəmiyyət,  infosfera  adlandırmağa  başladılar. 

Təhsil  və  elmi  fəaliyyətin  təşkili  sahəsində  əhəmiyyətli 

dəyişikliklər  gözlənilir.  Yeni  informasiya  texnologiyası  və 

robo-  totexniki  sistemlər  sənayedə  əməyin  xarakterini 

kökündən dəyişir, bu sahədə işləyənlərin sayını kəskin surətdə 

azaldır, texnologiyanın özünü və istehsalın təşkilini yeniləşdirir. 

Bütün  bunlar  əhəmiyyətli  dərəcədə  gözlənilməyən  sosial 

nəticələrə  gətirib  çıxara  bilər.  «İnformasiya  və  bilik,  pul  və 

texniki  resurslardan  fərqlənir.  İqtisadçılar  onları  «ictimai 

nemət»  adlandırırlar.  Bu  o  deməkdir  ki,  istifadə  olunduqca 

azalmır.  Onlar  məhvedilməzdir:  mənim  hər  hansı  həcmdə 

qazandığım  bilik  heç  cür  sizin  də  o  qədər  bilik  qazanmaq 

qabiliyyətinizi  azaltmır...  Nə  qədər  adamın  sonralar  ondan 

istifadə etməsi,  biliyin  yaradılması onun dəyərinə təsir etmir» 

(Tomas Stüart). 

İnformasion cəmiyyətdə dövlətin yeri necə olacaq? Bu suala 

məşhur  sosioloq  Manuel  Kastels  belə  cavab  verir:  «...Lakin 

dövlət  yox  olmayacaqdır.  İnformasion  epoxada  onun  statusu 

sadəcə olaraq  aşağı  düşəcək. Dövlət  öz layihə mozaikaları ilə 

dünyanı  bürüyən,  öz  elektoratını  yaradan  və  milli  dövlətlər, 

multnasional korporasi-yalar, beynəlxalq ag- 

210 



entliklər  ilə  danışıq  aparan  yerli  və  regional  hökumətlər 

formasında daha da çoxalır». 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə