Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə235/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   231   232   233   234   235   236   237   238   ...   540
1027 (1)

10.

 

Freydizm 

XX əsrdə Qərbin ictimai fikir tarixində freydizm xüsusi yer 

tutur.  Avstriyalı  psixoloq  və  filosof 

Ziqmund  Freydin

  (1856- 

1939) və onun davamçılarının, ən əvvəl K.Yunqun və 

E.

 



Frommun  ideyalarının  təsiri  Qərb  cəmiyyətinin  mənəvi 

həyatının demək olar ki, bütün sahələrini əhatə edir (fəlsəfə, din, 

əxlaq, incəsənət). 

Freydin  təlimi  psixoanaliz  adlanır.  Psixoanalizin  o  dövrdə 

hökmranlıq  edən  psixika  haqqındakı  fəlsəfi  konsepsiyalardan 

prinsipcə fərqini xarakterizə edən Freyd göstərirdi ki, bu kon- 

sepsiyalann əsas nöqsanı psixikanın şüur ilə eyniləşdirilməsi idi. 

Özünün  əsas  ideyalannı  Freyd  «Mən»  və  «O»,  «Totem'və 

tabu'^^», «Yuxunun yozumu», «Adi həyatın psixopatologiyası» 

və başqa əsərlərində şərh edir. 

İnsan şüuru, elə bil ki, üç səviyyədən ibarətdir: fövqəl şüur 

(«Məndən  üstün»  -  ədəb  qaydalan,  valideyn  yasağı,  əxlaq 

senzurası);  şüur  («Mən»)  və  şüursuzluq  («O»  -  instinktlərin, 

çatışmazlıq komplekslərinin, sıxışdırılıb çıxanlan həyəcanların 

və  s.  məcmusu);  burada  ən  əhəmiyyətli  tərəf  cinsi  instikt  və 

təcavüz instinkti hesab olunur. «O» - həm şəxsi şüursuzluq (yəni 

sıxışdırılıb  çıxarılan  elə  həyəcanlar,  duyğulardır  ki,  insan 

onlarla öz həyatında daim qarşılaşır), həm də heyvani və ibtidai 

vəziyyətimizdən bizə miras qalan komplekslərdir. Bizim «Mən» 

isə, elə bil ki, ülgücün kəsən tərəfi üzərində «Məndən üstün» ilə 

«O»  arasında  müvazinət  saxlayır.  Ona  yuxarıdan  cəmiyyətin 

tələbləri (əxlaq, hər cür məhdudiyyətlər), aşağıdan isə özünün 

kompleksləri  və  instinktləri  təzyiq  göstərir.  Kompleks  və 

instinktləri əzmək və tamamilə «Məndən üstünə» 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə