Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


З.Фрейд. Тотем и Табу. M., «Олимп». 1997. с.49



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə238/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   234   235   236   237   238   239   240   241   ...   540
1027 (1)

З.Фрейд. Тотем и Табу. M., «Олимп». 1997. с.49. 

Yenə orada, s.53. 

Yenə orada, s.95. 

Yenə orada, s.96. 

160 


Хрестоматия по философии, c.301. 

213 


yələri  ilə  birləşdirməyə  cəhd  edirlər.  Karen  Homi,  Harri  Salli- 

ven,  Erix  Fromm  və  b.  neofreydizmin  məşhur  təmsilçiləridir. 

Burada isə onlardan daha çox tanınan Fromm haqqında məlumat 

veriləcək. 

E.

 

Frommun



 

(1900-1980) 

əsərlərində 

Freydin 


psixoanalizinin  «inqilabi»  şərhi,  insan  təbiətinin  islaholunmaz 

əlaməti kimi təcavüz nəzəriyyəsi, başlanğıc qüvvə kimi instinkti 

həddən artıq tərifləmək və onu hər cür təzyiqdən azad etmək öz 

əksini tapır. 

Fromm  göstərirdi  ki,  insan  üçün  büd,  səcdəgah  (idol)  ya- 

bançılaşmış  şəkildə  onun  özünün  həyati  qüvvəsini  təsvir  edir. 

Lakin sənayeləşmiş cəmiyyətdə  yaşayan bizim müasirlərimizdə 

büdpərəstliyin  forma  və  dərəcələri  dəyişmişdir.  İnsan,  özünün 

həyatını idarə edən kortəbii iqtisadi qüvvələrin obyekti olubdur. 

O, öz əli ilə yaratdığı şeylərə baş əyir və özünü də əşyaya çevirir. 

Fromm  hesab  edirdi  ki,  insanın  tələbatını  sosial  struktur 

formalaşdırmır,  özünün  antropoloji  əsası  onun  mövcudluq 

üsulunu  müəyyənləşdirir.  Fromm  yazmışdı:  «Sosial  xarakterli 

anlayış ictimai prosesləri başa düşmək üçün əsasdır. Xarakter - 

analitik  sosiologiyanın  dinamik  mənasında  -  müəyyən 

cəmiyyətdə  insan  tələbatının  müəyyən  həyat  tərzinə 

uyğunlaşması  prosesində  meydana  gələn  insan  enerjisinin 

spesifik  formasıdır.  Xarakter  -  fərdin  fikrini,  hissiyyatını  və 

hərəkətini müəyyənləşdirİD>.“’‘ 

«Azadlıqdan qaçma» kitabında Fromm praktiki olaraq bütün 

ölkələrin tarixində baş vermiş paradoksal bir hadisəni tədqiq edir: 

xalq könüllü olaraq aldığı azadlıqdan imtina edir və əvvəlkindən 

daha pis vəziyyətə düşür. Almaniyanın Veymar respublikasından 

faşizmə  keçməsi  Frommun  belə  fikrə  gəlməsinə  böyük  təkan 

vermişdi. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə