Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə247/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   243   244   245   246   247   248   249   250   ...   540
1027 (1)

13.

 

Xose Orteqa-i-Qassetin fəlsəfəsi 

Böyük ispan filosofu 



Orteqanın

 (1883-1955) ideyaları həyat 

fəlsəfəsi,  fenomenologiya  və  ekzistensializmin  qovşağında 

yaranır və spesifik ispan şəraitindən, siyasi görüşlərindən və hətta 

mütəfəkkirin  şəxsi  metodlarından  kənara  çıxır  və  universal 

xarakter  daşıyır.  Bu  ideyalar  müasir  Qərb  filosoflarının  çoxuna 

böyük təsir göstərmiş və göstərməkdə davam edir. 

Orteqa  fəlsəfəsinin  mərkəzində  tarixi  inkişaf  prosesinə  qərq 

olmuş insan dayanır. Onun təklif etdiyi «həyati ağıl» nəzəriyyəsi 

(rasiovitalizm)  Avropa  mədəniyyətinin  mürəkkəb  şəraitində 

yaşayan müasir insana yol göstərmək istəyidir. Bu nəzəriyyənin 

yaradılmasına  Husserlin  fenomenologiyasının  böyük  təsiri 

olmuşdur. O, yazırdı:  «Mistisizmdən fərqli olaraq fəlsəfə - elan 

edilmiş sirr olmağa çalışır.»“’^ 

Orteqanın  əsas  formulu  belə  səslənir:  «Mən»-«Mən»əm  və 

mənim  vəziyyətimdir».  Birinci  «Mən»  «insan  həyatının  radikal 

reallığıdır» və burada bütün başqa reallıqlar «kök salıbdın). İkinci 

«Mən»  -  klassik  fəlsəfədəki  şüur,  subyektdir.  O,  deyirdi: 

«Təfəkkür  fenomeninin...  iki  tərəfi  var:  bir  tərəfdən  o  fərdin 

həyati zərurəti kimi meydana gəlir və subyektin fayda qanunu ilə 

idarə olunur, başqa tərəfdən təfəkkür şeylərə dəqiq uyğun- 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə