Materiya ümumiyyətlə özünün konkret təzahürləri ilə yanaşı
mövcud olan ayrı bir törəmə deyil. Materiya ətraf dünyanın bütün
əşya və hadisələrinin cəmini ifadə edən fəlsəfi abstrak- siyadır
(mücərrədlikdir).
Materiya
haqqında
təlimin
inkişafında
aşağıdakı
qanunauyğunluq özünü göstərir: antik elm üçün xarakterik olan
materiya anlayışından, yəni materiyanı maddi varlıq hesab
etməkdən
-
materiyanı qeyri-müəyyən, simasız, passiv başlanğıc, mücərrəd
fikirdə mövcud olan, təmiz imkan hesab etməyə keçid.
Bu passiv
materiyaya qarşı aktiv (fəal), qeyri-maddi forma - təbiət- üstü
mənəvi qüvvə qoyulur.
Yeni dövrdə təbiətşünaslığın və texnikanın inkişafı, bilavasitə
hissi qavrayışla qəbul edilən aləm ilə əlaqədar olan empirik
elmlərin rolunun artdığı şəraitdə materiya haqqında təsəvvürlər
yenidən konkret hissi, maddi başlanğıc ilə eyniləşdirilir.
Fizika elminin ən əsas problemlərindən olan materiyanın
quruluşu məsələsi, maddənin getdikcə daha çox hissələrə
bölünməsinə gətirib çıxartdı. Son iki yüz ildə atom və mole-
kullar haqqında anlayışlar kökündən dəyişdi. Atomların quruluşu
(nüvə və elektronlar), sonra nüvənin quruluşu (nuklonlar
-
proton və neytronlar) yenidən müəyyənləşdi. Müasir dövrün
son 60-70 illərində isə bir sıra başqa hissəciklər kəşf edildi
(pozitron, mezonlar, hiperonlar). Bu hissəciklər qarşılıqlı olaraq
bir-birinə keçirlər. Bir sözlə, materiyanın quruluşunun tədqiqi
hələ də davam edir.
' Materiya
anlayışı materializmin əsası, başlanğıc
kateqoriyasıdır və fəlsəfi fikir tarixində materializm ilə idealizm
arasındakı mübarizənin mərkəzində dayanır.’V.İ.Lenin XVIII əsr
fransız materialistlərinin, xüsusən Holbaxın fikirlərinə
əsaslanaraq materiyaya tərif vermişdi. Onun fikrincə materiya -
insan duyğula- nnda əks olunan, onlardan asılı olmayaraq
mövcud olan obyektiv reallığı əks etdirən fəlsəfi kateqoriyadır. O,
göstərirdi ki, materiyanın dialektik materializm tərəfindən qəbul
edilən yeganə xassəsi onun obyektiv reallıq olması, insan
şüurundan kənarda mövcud olmasıdır. Leninin tərifində
«materiya» və «obyektiv reallıq» anlayışları sinonim kimi çıxış
edirlər. Bu tərifin əsasın
247
da materiya kateqoriyasının başqa geniş kateqoriyaya - şüura
qarşı qoyulmasıdır. Maddi o şeydir ki, şüura qarşı durur, şüurda
əks olunur, ondan asılı olmayaraq mövcud olur. Nə üçün Lenin
fransız materialistlərindən sonra materiya anlayışını başqa fəlsəfi
kateqoriyalara deyil, məhz şüur kateqoriyasına qarşı qoyurdu? Bu
sualın cavabı «fəlsəfənin əsas məsələsi» adlanan anlayışın
materialist həllindən doğur.
* Materializmdə «materiya» və «obyektiv reallıq» anlayışlan
eyniləşdirildiyi üçün bir qədər «reallıq» anlayışını izah edək.
«Reallıq» (lat. «realis») sözü şey, əşya, ümumiyyətlə
öz-özlüyündə mövcud olan mənasını daşıyır. Sonralar reallıq
həm maddi, cismani əşyalar, həm də mənəvi-ideal mahiyyətlər ilə
eyniləşdirilir.'
'Reallıq problemi hələ çox qədim dövrlərdən filosoflann
diqqət mərkəzində olmuş və bu problem ilə bağlı müxtəlif fikirlər
irəli sürülmüşdü. Belə ki, qədim yunan filosofu Demok- ritə görə
həqiqi reallıq - atomlar və boşluqdur. Platon üçün reallıq ideal
mahiyyət kimi anlayışlar dünyasıdır! Fikir tarixində reallığın
başqa izahları da çox olub. Lakin indiki dövrdə reallıq problemi
elmdə fundamental kəşflərlə əlaqədar xüsusi kəskinlik və
aktuallıq kəsb edir.
Marksist fəlsəfə baxımından bütöv sistem kimi xarici aləm,
bir-biri ilə qarşılıqlı əlaqədə olan və bir-birini qarşılıqlı
şərtləndirən ayn-ayn predmetlərin və qanunauyğunluqlann birgə
dünyası, həqiqi, gerçək reallıqdır. Obyektiv reallıq insan
şüurundan asılı olmayaraq öz-özünə, şüurdan kənarda var olan,
fiziki və başqa xassələri, özəllikləri olan bütün şeylərə deyilir.
Pozitiv görüşləri qəbul edən təbiətşünaslar reallığı duyğula-
nn verdiyi məlumat ilə eyniləşdirirlər. Vəzifə ondan ibarətdir ki,
bilavasitə və hissi-əşyavi reallıqdan kənara çıxıb, hiss üzvləri ilə
qavranılmayan reallığı da qəbul etmək.
Dostları ilə paylaş: