lik çox hallarda kosmopolitizmə^ gətirib çıxarır və milli
mənafeyi
rədd edir.
Çoxmillətli Sovet İttifaqında nailiyyətlər mütləqləşdirilir,
milli münasibətlərdə problemin olmadığı təsdiq edilir, ayn-ayn
respublikalann, eyni zamanda millətlərin inkişaf tələbatlan
kifayət qədər nəzərə alınmırdı. Bir çox kəskin və ziddiyyətli
məsələlər həll edilmirdi, bu isə ciddi münaqişə vəziyyətinə
gətirirdi (məsələn, Dağlıq Qarabağ problemi).
Sinfiliyin millilikdən daha üstün olduğunu qəbul edən avto-
ritar-bürokratik sosializm şəraitində ictimai həyatın həddən artıq
ideologiyalaşması cəmiyyətin həyatında milli faktorun
əhəmiyyətini təhrif etməyə gətirib çıxartdı. Milli fərqləri tezliklə
aradan götürmək cəhdi və onların beynəlmiləlçilik adlanan
siyasətə qurban edilməsi dövlətin sadəcə diqqətsizliyi və yaxud
adi, ziyansız inqilabi nöqsanı deyildi. Bu siyasətin əsasında
ümumi mənafeyin xüsusi mənafedən üstün olması nəzəriyyəsi,
insanın şəxsiyyət, fərdiyyət olmasına əhəmiyyət verməmək, onu
ictimai sistemin mexanizminin xırda hissəciyi hesab etmək
dayanırdı.
Dostları ilə paylaş: