mənəvi həyatının xüsusi səviyyəsindən gedir. Mənəvi sfera
dövlət və ictimai-siyasi təşkilatlar tərəfindən məqsədyönlü
şəkildə təşkil edilən mənəvi həyatdır ki, onun sahələri və ya-
rımsistemləri kimi ideoloji, elmi, bədii-estetik sahə, həmçinin
şəxsiyyətin formalaşması və inkişafını, mənəvi dəyərlərin
saxlanmasını və ötürülməsini təmin edən tərbiyə və təhsil sistemi
çıxış edir. Mənəvi həyatın formalaşmasında dinin rolu əvəzsizdir.
Cəmiyyətin mənəvi həyatı ayn-ayrı fərdlərin mənəvi
dünyasının mexaniki cəmi deyil. Hər bir düşünən, normal
təfəkkürə malik insanın mənəviyyatı özünəməxsus xüsusiyyətləri
ilə seçilir.
Mənəvi sferada insanı başqa canlılardan fərqləndirən cəhət
meydana gəlir və həyata keçirilir - ruh, mənəviyyat. Burada ən
sadə mənəvi əməliyyatdan tutmuş ən incə mənəvi tələbatlar
yaranır, insan ruhunun ən unikal məhsulu olan ideya meydana
gəlir. Deməli, ruh insanın mənəvi həyatının nüvəsidir. Fransız
filosofu Reymon Aron yazırdı: «Mənəvi dəyərlər özlüyündə öz
mənşəyinə və hər bir reallığa transsendent münasibətdədir. Ruh
sadəcə olaraq irrasional qüvvələrin əks olunması və yaxud ifadəsi
deyil, yaradan qüvvədir».^* Doğrudan da ruh və onun yaratdığı
ideya cəmiyyətin mənəvi həyatının əsasında dayanır.
Dostları ilə paylaş: