Alimlər insan genlərinin öyrənilməsi üzərində ciddi
tədqiqatlar apanrlar. İnsan genomu insan orqanizminin bütün
genetik informasiyasının cəmidir. Hal-hazırda «insan genomu»
adlanan nəhəng layihə üzərində iş gedir. Artıq 5 min genin şifrə-
si açılıb və yaxın illərdə bütün yerdə qalan 45-95 min genin
oxunması gözlənilir.
lH
6.2.
İnsan həyatının mənası haqqında
İnsan şüurlu varlıq kimi zəruri olaraq özünün bu dünyadakı
'yerini, həm mənşəyinə, həm də indiki mövcudluğuna görə öz
mənliyi ilə dünya arasındakı əlaqəni, birliyi və fərqi müəyyən-
ləşdirməyə çalışır. Onun indiki zamanda az və ya çox düzgün
istiqamət götürmək, özünün keçmişini aydınlaşdırmaq və gə-
ləcəyini proqnozlaşdırmaq üçün heç olmasa təsəvvürlər, intui-
tiv duyğular, hətta mistik görüşlər səviyyəsində belə biliklərə
ehtiyacı var.
İnsan həyatı həm cəmiyyət həyatı planında, həm də fərdi
həyat planında bir-biri ilə sıx əlaqədə olan istehsal, istehlak,
ictimai-siyasi, mədəni (mənəvi istehsal), ailə (nəslin davamı)
və başqa həyati fəaliyyət formalarında cərəyan edir.
Dostları ilə paylaş: