insan nəslinin sonsuz müxtəlifliyini, beləliklə də insanlann
malik olduqları qabiliyyət və istedadın da sonsuz müxtəlifliyini
etiraf etmək humanizmin əsas prinsiplərindən biridir.
İnsanı bütün bioloji növlərdən ayıran materialist fikrə görə
Homo sapiens təbiət ilə qarşılıqlı təsir prosesindəki əmək
fəaliyyəti nəticəsində meydana gələn, işləyən və inkişaf edən
ağıllı varlıqların sosial birliyidir. İnsanın təkamülü ümumiyyətlə
həyatın inkişafında ən ali və ən mürəkkəb bir mərhələdir və
həyatın bütün əvvəlki təkamülünü özündə ehtiva edir. İnsan
bioloji növdür, o biosfera sistemində fəaliyyət göstərir və inkişaf
edir. Bütün Yer kürəsi onun ekoloji mühiti, evi olub. İnsanın
fəaliyyəti biosfera ilə əhatə olunub və onun təsiri altında dəyişir.
Bir sözlə, insan və bəşəriyyət biosfera hadisələridir. Öz
inkişafının müəyyən mərhələsin^ə-bİQ^era, məlumdur ki, yeni
vəziyyətə - noosferaya keçirrlHQOsfer^üçün ağılın olması
xarakterikdir, o biosferadan ayrılmazdır və onun inkişafının
davamıdır.
Tarix heç vaxt təkrar olunmayıb, fəqət insan təbiəti fransız
maarifçilərinin fikrincə daim dəyişməz olaraq qalıb. Bu fikrin
tərəfdarlan insan təbiətinin tarixi konsepsiyasını yaratmaq
imkanını özləri üçün bağlayırlar. Həqiqət ondan ibarətdir ki,
insan ruhu özünü daha yaxşı dərk etməyə nail olursa, bu hal onun
qarşısında sonrakı fəaliyyət üçün yeni və müxtəlif yollar açır.
J.J.Russonun fikrincə iki ftındamental keyfiyyət insanı
heyvandan fərqləndirir. Birincisi, insanın hətta özünün ziyanına
və başqalarının yamanlığına imkan yaradan azadlığı; ikincisi,
heyvanlarda özünü təkmilləşdirmə qabiliyyətinin olmaması. Bu
keyfiyyət insanı təbii vəziyyətdən çıxarır, onun bütün
çatışmazlıqlarının və xeyirxahlıqlarının əsası olur. Sonradan
insanda baş verən bütün hadisələri - istər yaxşı, istərsə pis olsun -
onun özü yaradır.
Göründüyü kimi Russo, insanın mahiyyətini əsasən təbii
amillər və ağıl sayəsində özünü mənəvi cəhətdən təkmilləşdirmə
qabiliyyəti ilə izah etməyə çalışırdı.
XX əsrin ortalarında isə Yaspers hesab edirdi ki, təkamül
qanununa tabe olan təbiətin tarixi yoxdur; insan da təbii varlıq
kimi deyil, mənəvi varlıq kimi tarixə malikdir.
404
Yaspersə görə insan varlığını bir neçə mərhələyə ayırmaq
olar: 1) insanın bədən kimi mövcud olması; «hazırda mövcud
olan bu empirik varlıq» mərhələsində kommunikasiya (əlaqə)
faydalılıq prinsipinə tabedir; 2) insan varlığının ikinci
mərhələsində şüur elə məzmun və struktura malikdir ki, həmin
şüuru başqa insanların şüuru ilə eyniləşdirir (Kantın
terminologiyasında transsendental subyektivlikdir). Yeni
kantçıların arxasınca Yaspers bu mərhələni öz həqiqiliyinə görə
bütün bəşəriyyət üçün ümumi olan «əyani şüur» adlandırır; 3)
insan varlığının ən yüksək mərhələsini Yaspers alman
klassikləri ilə birlikdə «ağıl» və yaxud «ruh» adlandınr və onu
«...təfəkkürün,
fəaliyyətin,
hissiyyatın
tamlığı»
kimi
müəyyənləşdirir. Bu mərhələ «mühakimə» edən zaman xarici
strukturdan yaranan «müvəqqəti hadisə» kimi fərqlənir. Yaspers
deyir: «Ruh sahəsindəki kommunikasiya (əlaqə) bütövlük
ideyasının ictimai substansiyasından yaranan şüurdur...».^'* Hər
bir adam burada öz mövcudluğunun mənasını sosial bütövün
hissəsi olmaqla görür.
Göstərmək lazımdır ki, insan yalnız xarici əlamətlər
sistemində təsvir edilə bilməz, onun özünəməxsus daxili aləmi
var. İnsan daim özünü axtaran və sınayan məxluqdur. İnsanın
mahiyyətini yalnız sosial amillərlə izah etmək, faktiki olaraq
şəxsiyyətin daxili aləminin orijinal xüsusiyyətlərini inkar edir
və onun daxili azadlığım yox etməyə aparır.
İndiki dövrdə faktiki olaraq yeni insan tipinin formalaşması
prosesi baş verir. İndustrial cəmiyyətin rasional insanı yerinə
postindustrial informasiya dövrünün kompüterləşmiş insanı
gəlir. Dərinliyə nüfuz edən bütöv bilik səthi təsəvvürlər ilə,
hədsiz dərəcədə böyük həcmli informasiyanın aiqoritmə uyğun
olaraq sürətlə işlənib qaydaya salınması ilə əvəz edilir: qəbul
etmək - işləyib qaydaya salmaq - ötürmək - praktiki nəticə əldə
etmək. Belə praqmatik sxemə girməyən nə varsa hamısı yararsız
elan edilir. Mikroelektron inqilabı insan intellektinin gücünü
artırır.
Beləliklə, insan biososial varlıq olmaqdan daha çox, özünün
xüsusi daxili aləmi olan mənəvi-ruhi varlıqdır.
Dostları ilə paylaş: