5
nin
dördüncü
yolu insanın həyati yaradıcılığı ilə
əlaqədardır. Elmi kəşf, bö}äik ədəbiyyat əsərlərinin
yaradılması, fəlsəfi əsərlər, böyük hərbi qələbələr və dövlət
müdrikliyini nümayiş etdirmək - bütün bunlar qədirbilən
insanlann yaddaşında yaşayır. Peyğəmbərlərin, qəhrəmanlann,
müqəddəslərin, memarların, ixtiraçılann xatirəsi əbədiləşdirilir.
Bir çox mütəfəkkirlər (Sokrat, L.N.Tolstoy və b.) insanın
bioloji
ölümünün
labüdlüyünü
onun mənəvi, əxlaqi
ölümsüzlüyü fikri ilə əlaqələndirirdilər. İnsan zəkasının və
humanistliyi- nin ölümsüzlüyü bəşəriyyətin ölümsüzlüyünü
təmin edir. İnsanın və bəşəriyyətin irəlicədən müəyyən edilmiş
qlobal vəzifəsi məhz bizim planetdə həyatı və zəkanı qoruyub
saxlamağa cavabdeh olmasıdır; əks halda, ağılsızlıqdan və
insansevməz- likdən (antihumanizmdən) gələn təhlükəni aradan
qaldırmaq mümkün olmaz.
İnsan özünü şəxsiyyət kimi başa düşməsə öz həyatının
mənasını da anlaya bilməz. Öz şəxsiyyətini müəyyənləşdirmək
isə özünü başqaları ilə müqayisə etmədən mümkün deyil.
Həyatın mənası haqqında məsələnin insan tərəfindən qoyulması
yalnız o zaman mümkün olur ki, insanda mənlik şüuru baş
qaldırır, ləyaqət hissi qüvvətlənir, öz həyatının əhəmiyyəti
problemi üzərində düşünməyə başlayır.
Xose Orteqa-i-Qasset demişdir: «...Yaşamaq o deməkdir ki,
onu mənim əvəzimə heç kim edə bilməz, həyat onu ötürmək
408
hüququ olmadan mövcuddur; bu mücərrəd anlayış deyil, mənim
həddən artıq fərdi varlığımdm>.*®
Beləliklə, həyatın mənasının düzgün başa düşülməsi mənlik
şüurunun yüksək inkişafı və yetkinliyi nəticəsində mümkün
olur. Bu da şəxsiyyətin həqiqi azadlıq qazanmasının
göstəricisidir. Burada idrakı (azadlığı) praktiki fəaliyyət ilə
birləşdirməyi bacaran bütöv şəxsiyyətin inkişaf səviyyəsi
nəzərdə tutulur. Həyatın mənasını düzgün başa düşmək, irəlini
görmək - hadisələrin sonrakı cərəyanını əvvəldən duymaq
qabiliyyətinin olmasını tələb edir və həyatın bütün sonrakı
gedişinə bilavasitə təsir göstərir.
İnsan öz qarşısına hansı məqsədi qoyur? Necə və hansı
şəkildə
Dostları ilə paylaş: |