qruplannın və s. üzvü kimi çıxış edir və öz fəaliyyətində daim
onların təsirini hiss edir. Lakin heç bir xarici şərait (nə qədər
münasib, yararlı olsa da) Öz-özlüyündə insanın qabiliyyətinin
həyata keçirilməsini tam təmin edə bilməz. Bunun üçün həm də
şəxsi səy, iradə, mənəvi azadlıq lazımdır.
Şəxsiyyət insandır. Lakin «insan» anlayışı bütün insanlar
üçün ümumi olan nəsil, soy mənasını verir və onları
heyvanlardan fərqləndirən əlamətdir. Şəxsiyyət isə özünün fərdi
xüsusiyyətləri ilə birlikdə konkret insandır. Onun yalnız özünə
məxsus olan xarakteri, temperamenti, psixikası, yaddaşı, xarici
mühiti qavramaq və ona münasibət xüsusiyyətləri var. Şəxsiyyət
bütün mənəvi xassələri - zəkası, öz əməllərinə cavabdehlik hissi,
fərdiliyi, ləyaqəti, azadlığı və s. ilə birgə götürülmüş insandır; o
elə insandır ki, müstəqil və işgüzar fəaliyyət subyekti olur.
Qədim dövrdən başlayaraq fəlsəfə tarixində insanın başqaları
ilə münasibətdə zorakılığa anadangəlmə meyl göstərməsi
haqqında çoxlu fikirlər olmuşdur.
Heyvanlann davranışını öyrənən yeni elm - etologiya XX
əsrin ortalannda meydana gəlib. Bu elmin yaradıcısı K.Lorens
müharibə, təcavüz kimi sosial hadisələri insan və heyvan üçün
ümumi olan təcavüz instinkti ilə izah edir. Lakin heyvanlarda bu
instinktin təzahürü tormoz qurğuları ilə saxlanılır, insanda isə bu
qurğular bağlanır, xarab olur; odur ki, bizim əksəriyyətimiz
sözün əsl mənasında insan deyilik, heyvan ilə əsl insan arasında
aralıq bir dəstəyik. Bizim silaha, zorakılığa anadangəlmə
meylimizin qarşısını heç nə ala bilməz.
Postindustrial və informasion cəmiyyət şəraitində insana alət
hazırlayan məxluq (Homo faber) kimi tərif vermək sivilizasiya
konsepsiyalarında o qədər geniş yayılıbdır ki, həyatın məqsədi
həyat vasitələri ilə əvəz olunmağa başlayır. Reallığı
dəyişdirməyi öyrənən insan, öz ətrafını da dəyişir. Mexanizm və
texnologiya ona öz qanunlarını diktə edir və o da süni
strukturlara doğru can atır. İnsan özünə üzvi həyatdan
uzaqlaşan, texnikalaşmış fərd kompleksini yetişdirir. «Mənasız
qəddarlıq, daxili inamsızlıq, intuisiya və hissiyyatın distrofiyası
(pozul-
413
ması) - texniki formanın təbiətə üstün gəlməsinin əlamətləri
bunlardır. Texnikalaşmış dünya, bürokratiyanm öldürücü
mühafizəkarlığı şəxssizləşdirmə, insanın təbii vəziyyətdən
uzaq- laşdırılmasınm əlamətləridir».®^
Bəzi alimlər hesab edirdilər ki, xalq kütlələrini bir qrup yaxşı
hazırlıqlı insan (elita) idarə etməlidir. Bir çoxları isə göstərir ki,
cəmiyyətə mütləq lider lazımdır.
Elitizm konsepsiyasının tərəfdarları hesab edirlər ki, xalq
cəmiyyəti idarə edə bilməz, çünki onun, birincisi, siyasətdə,
iqtisadiyyatda və başqa sahələrdə səriştəsi yoxdur; ikincisi, bir
qayda olaraq kütlə fəaliyyətsiz və ətalətlidir, fəallığı isə dalaş-
qanlıq, cəmiyyətin əsasını dağıtmaq formasında büruzə verir;
üçüncüsü, cəmiyyətin kütlələr tərəfindən idarə edilməsi texniki
cəhətdən mümkün deyil, çünki bütün xalq parlamentdə, nazirlər
kabinetində iclas keçirə bilməz, ona görə də mütləq xalqın
nümayəndələrini seçmək lazımdır. Deməli, cəmiyyəti idarə
etmək üçün yüksək hazırlıqlı, səriştəli adamlar, yəni elita
zəruridir.
Liderlik və volyuntarizm*^® nəzəriyyəsinin tərəfdarlan
sübut etməyə çalışırlar İd, kütlələr lidersiz, rəhbərsiz heç bir
konstruktiv iş görə bilmir. Ona görə də xalq, əlbəttə, tarixi
yaradır, lakin təkbaşına özü yox, rəhbərin başçılığı ilə. Bəziləri
göstərirlər ki, lider öz iradəsini xalqa zorİa qəbul etdirir,
başqaları isə deyirlər ki, lider kütlə ondan nə istəyirsə onu edir,
kütlə özünün mənliyini lider seçir və onu idarə edir. Beləliklə,
lider, avtoritet özü kütlənin yetirməsidir. Lakin avtoritar
rejimlərdə həmişə kütlə rəhbərin əsiri olur. Buna misal Stalin,
Мао, Mussolini, Hitler, Kastro, Səddam Hüseyn və başqalarının
öz xalqı üzərində tam hökmranlığını göstərmək olar. Rəhbərlər
insanları öz arxasınca apara bilir, əməli fəaliyyət iradəsinə
malik olur, cəsarəti ağılından yüksək olur.
Onu da qeyd etmək lazımdır ki, burada təbliğatın rolu çox
böyükdür. E.Fromm hesab edirdi ki, fasiləsiz təbliğat tənqidi
Dostları ilə paylaş: