Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə110/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   106   107   108   109   110   111   112   113   ...   540
1027 (1)

Yenə orada, s.231. 

104 


üç  hissəyə  bölürdü:  fizika  (təbiət  haqqında  təlim),  məntiq 

(təbiəti  və  insanı  dərk  etmək  yollan  haqqında  təlim)  və 

metafizika (bütövlükdə varlığı dərk etmək haqqında təlim). 

İbn  Sina  məntiqi  idrakın  zəruri  mərhələsi  hesab  edirdi.  O, 

yazırdı: «Elə yol var ki, onunla mütləq dərk olunmayandan dərk 

olunana doğru getmək lazımdır ki, onu dərk edə biləsən. Məntiq 

məhz  elə  elmdir  ki,  burada  məlum  olur:  idrak  vasitəsilə  dərk 

olunmayan necə dərk edilir, həqiqət nədir, həqiqətə yaxın olan 

nədir, nə yalandır və bunlann hər birinin neçə növü var. 

Məntiq  ölçü  elmidir,  başqa  elmlər  isə  fayda  və  ziyan 

haqqındadın).^”' 

İbn Sina dünyanı  İlahi ağılın əsəri hesab edirdi: Aristoteldə 

olduğu  kimi,  onun  da  fikrincə,  Allah  özü  hərəkət  etməyən 

təkanverici  qüvvədir,  bütün  formaların  formasıdır,  əbədi 

yaradıcı şərtdir. 

İbn  Sina  özünün  materiyanın  və  formanın  vəhdəti 

konsepsiyasında Aristotelə nisbətən daha ardıcıldır. O, Platonun 

ideyalar  dünyasını,  materiya  və  formanın  ayrılığı  fikrini  daha 

ciddiyyətlə tənqid edirdi. 

ibn  Sina  ontologiyasının  əsası  -  zəruri  və  mümkün  varlıq 

təlimidir. O, hesab edirdi ki, ali səbəb və yaxud səbəblər səbəbi - 

zəruri  varlıq  olan  Allahdır.  Yerdə  qalanlar  isə  mümkün 

varlıqlardır.  «Varlıq  tərifsiz  və  təsvir  edilmədən  ağıl  ilə  dərk 

edilir,  çünki  varlığın  tərifi  yoxdur,  onun  nə  cinsi,  nə  görkəmi 

var; belə ki, ondan daha ümumi heç nə yoxdur; onu təsvir etmək 

mümkün deyil, belə ki, ondan daha məşhur heç nə yoxdun).^* 

ibn Sinaya görə vahid, qeyri-cismani, əbədi, müstəqil, mütləq, 

zəruri  varlıq  -  Allah  -  kənar  müdaxilə  olmadan  ümumi  ağıl 

yaradır, bu ağıl da həm özünü, həm də öz yaradıcısını dərk edir. 

Bu  ümumi  ağıldan  da  ardıcıl  olaraq  göy  cisimləri  və  onlann 

ruhlan  yaranıblar.  Təmizlənmə  yolu  ilə  insan  -  fəal  ağıl 

dərəcəsinə,  peyğəmbər,  hətta  mələk  dərəcəsinə  qədər  yüksələ 

bilər. 

'İbn Sinanın fikrincə, insanlar öz həyatlarının təminatı üçün 

cəmiyyət halında birləşməlidirlər; insanın yaşaması üçün onun 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə