üzərində əsl hökmranlığı meydana gəlir. İbn
Xaldun göstərirdi
ki, dövlət bir sülaləyə mənsub olmalı və irsən keçməlidir.
Bir halda ki, dövlət «hökmranlıq və hakimiyyətin zorakılıq
vasitəsilə həyata keçirilməsi»**^ deməkdir, onda hökmdarın
gücə ehtiyacı var; hökmdar gücə əsaslanaraq həm dövlət işlərini
icra edir, həm də ona tabe olmayanları əzir. Öz mülkünü
saxlamaq, möhkəmləndirmək və genişləndirmək üçün hökmdar
artıq qohumluğa deyil, başqa prinsiplərə, birinci növbədə maddi
imtiyazlara əsaslanan yeni məmur qrupu yaradır.
İbn Xaldun dəfələrlə göstərmişdir ki, sivilizasiya və dövlət
bir-biri ilə bilavasitə əlaqədardır. Bütün bəlaların və cəmiyyətin
iflasının əsas səbəbi dövlətdir. Nəticə etibarilə dövlət tərəfindən
tətbiq edilən zorakılığın müxtəlif formaları cəmiyyətin və
həmin dövlətin dağılmasına gətirib çıxanr. İnsan kimi hər bir
konkret dövlət də ölümə məhkumdur.
İbn Xaldun sivil həyatın dağılmasının bir sıra səbəblərini:
qarşılıqlı münasibət və həmrəylik əlaqələrinin zəifləməsini;
dinin zəifləməsi ilə insanlar arasındakı normal münasibətin
pozulmasını; hakimiyyətin xalqdan uzaqlaşıb özgələşməsi, ona
görə də idarəçiliyə xaricdən məmurlann dəvət olunmasını;
özbaşınalığın, zorakılığın və qorxu hissinin güclənməsinin
təzahürü kimi tiraniyanın yaranmasını; hakimiyyət tərəfindən
ədalət prinsipinin pozulması və bunun nəticəsində sosial
təbəqələşmənin baş verməsini; zinət və israfçılığa meyil və
şəhər mədəniyyətinin pozulmasını əsas səbəb kimi
göstərmişdir.
Dostları ilə paylaş: