Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Sitat götürülüb: А.А.Игнатенко. Ибн Халдун. М„ «Мысль», 1980, с.81



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə119/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   115   116   117   118   119   120   121   122   ...   540
1027 (1)

Sitat götürülüb: А.А.Игнатенко. Ибн Халдун. М„ «Мысль», 1980, с.81. 

111 


V.

 

Orta əsrlərdə Azərbaycan fəisəfəsi^^ 

1.

 

Peripatetizm 

Aristotelçiliyin və başqa antik fəlsəfi görüşlərin davamı olan 

peripatetizm  Yaxın  və  Orta  Şərq  ölkələrində,  o  cümlədən 

Azərbaycanda  fəlsəfi  fikrin  əsas  sahələrindən  biri  olmuşdur. 

XI-XIII  əsrlərdə  Azərbaycanda  peripatetizmin  ən  görkəmli 

nümayəndələri  Bəhmənyar  əl-Azərbaycam  (öl.  1066),  Si- 

racəddin  Urməvi  (1198-1283),  Nəsirəddin  Tusi  (1201-1274) 

olmuşdur. 



Bəhmənyar

  öz  yaradıcılığında  müəllimi  İbn  Sinanın 

əsərlərindən iqtibaslar gətirmiş, onun ideyalanm təbliğ etmişdir. 

Çoxsaylı əsərləri arasında onun «Təhsil» əsəri xüsusi yer tutur. 

Bu  əsər  orta  əsrlərdə  məntiq,  metafizika,  təbiətşünaslığı 

öyrənmək üçün mühüm mənbələrdən biri olmuşdur. 

Bəhmənyar  deyirdi  ki,  varlığın  nə  cinsi,  nə  də  başqa 

fərqləndirici  əlamətləri  yoxdur,  ona  görə  də  ona  tərif  vermək 

olmur.  Varlığın  zəruri  və  mümkün  növlərini  göstərən  filosof 

deyirdi  ki,  zəruri  varlıq  mövcuddur,  onun  mövcud  olmağını 

təsəvvür  etmək  boş  xülyadır;  o  vahid,  qeyri-maddi,  substansial 

mahiyyətdən  məhrumdur.  Əks  halda  mahiyyət  mövcudluqdan 

əvvəl  gəlməli,  özünün  mövcud  olması  üçün  səbəbə  ehtiyacı 

olardı.  Bu  isə  mümkün  deyil.  Mümkün  varlığa  bütün  maddi 

dünya,  insan,  onların  ruhları  daxildir.  «Öz  müəllimi  İbn  Sina 

kimi Bəhmənyar da ilk səbəb ilə nəticə arasındakı, başqa sözlə, 

vacib varlıq ilə maddi aləm arasındakı münasibəti əsla zamanca, 

yaxud 


məkanca 

qabaq 


və 

sonra 


olmaya 

görə 


müəyyənləşdirməmişdi.  Əksinə  filosof  dəfələrlə  qeyd  etmişdir 

ki, səbəb ilə nəticə zamanca birgədir».'*^ 

İbn  Sina  kimi  Bəhmənyar  da  idrak  prosesinin  hissi  və  əqli 

olmaqla iki mərhələdən keçdiyini göstərmişdi. O, yazırdı: «Hər 

bir bilik ya təsəvvür, ya da təsdiqdir. Təsəvvür və yaxud bir növ 

ona oxşar vasitə, məsələn, təsvirin köməkliyi ilə əldə 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə