Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə125/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   121   122   123   124   125   126   127   128   ...   540
1027 (1)

2.

 

Sufizm (təsəvvüf) 

Təsəwüf  (sufizm)  müsəlman  Şərqi  ölkələrinin,  o  cümlədən 

Azərbaycanın fəlsəfə tarixində böyük yer tutur. 

Azərbaycanda 

Eynəlgüzat  Miyanəci

  (öl.  1132)  sufizm 

fəlsəfəsinin özünəməxsus  sistemini işləyib  hazırlamışdı. Onun 

sistemində  sufi  ideyalan  ilə  ərəbdilli  peripatetizmin  təbii-elmi 

görüşləri arasında sıx əlaqə yaradılmışdı. 

Azərbaycanda  sufizmin  görkəmli  nümayəndələri  həmçinin 



Baba Kuhi Bakuvi

 (öl. 1051) və 



Mahmud Şəbüstari

 (öl. 1320) 

olmuşdur. 

Bakuvi  dünyada  vahid  varlığın  mövcud  olduğunu  və  bu 

varlıqdan kənarda heç nəyin olmadığını təsdiq edirdi. Vahidliyi 

Bakuvi  vəhdəti-vücud  kimi  başa  düşürdü.  Bu  vəhdəti  yalnız 

Allah  təmin  edir.  Yalnız  Allah  mövcuddur,  onun  varlığından 

başqa  heç  bir  varlıq  yoxdur,  bu  birlikdən  kənarda  heç  nə 

mövcud ola bilməz. \ 

M.Şəbüstərinin  təfəkkür  tərzinin  çıxış  nöqtəsini  və  əsas 

istiqamətini bütün mövcudatın təsəvvüf baxımından izahı təşkil 

edir.  O,  müstəqil  varlıq  kimi  insanın  Allaha  qovuşmasının 

mümkün olmadığını deyirdi. O, sübut edirdi ki, insanın müstəqil 

varlıq  olması  fikri  varlığın  vəhdəti  təliminə  ziddir.  Onun 

fikrincə yuxarıdakı konsepsiya ilə razılaşsaq, onda varlığın iki 

forması  olduğunu  qəbul  etməliyik,  yəni  Allahın  varlığı  və 

insanın  varlığı.  Bu  isə  yolverilməzdir.  Allahda  yaradan  və 

yaradılan  birləşib,  ona  görə  də  insanı  yalnız  Allahla  vəhdətdə 

şərh etməliyik. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə