>/XV əsrin birinci rübündə humanistcəsinə fikirləşən Avropa
ziyalıları arasında Niderland mütəfəkkiri
Eraztn Rotterdamlı
(1469-1536) xüsusi yer tutur. O, əsaslandırmağa çalışırdı ki,
Müqəddəs kitab - Bibliya - tarixi mənşəyə malikdir, yəni sadə
deyimlə insan tərəfindən yaradılıbdır. Erazm hesab edirdi ki,
insanın günahdan azad edilməsi ümumiyyətlə Allahdan asılıdır,
lakin onun bu dünyadakı əməlləri özünə məxsusdur və bu işlərə
görə insan şəxsən məsuliyyət daşıyır.
Rotterdamlı göstərirdi ki, əsl alicənablıq insana ailədən,
ictimai mənşədən gəlmir. Alicənablıq mənəvi kateqoriya olsa da
anadangəlmə hadisə deyil, çox gərgin əxlaqi və intellektual
zəhmət hesabına qazanılır. Müəyyən səbəblərə görə pis tərbiyə
olunmuş və nəfsin qulu olan insan heyvandan da aşağıdır. Erazm
yazırdı: «Beləliklə, insan qəribə heyvan kimi iki və yaxud üç
olduqca müxtəlif hissələrdən ibarətdir: nə isə ilahi (numen)
mənşəli ruh (anima) və dilsiz heyvan kimi bədən. Bədənimiz ilə
biz başqa növdən olan heyvanlardan nəinki üstün deyilik, hətta
bütün cəhətlərdən onlardan xeyli aşağıyıq. Ruhumuz isə İlahiyə o
qədər yaxındır ki, biz mələklərin yaxınlığından uçub keçərək
Allaha qovuşa bilərik».^^
İntibah dövründə siyasi ideoloqların ən görkəmlisi floren-
siyalı
Dostları ilə paylaş: