Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə129/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   125   126   127   128   129   130   131   132   ...   540
1027 (1)

4.

 

İşrakilik 

/İşrakiyyə  fəlsəfəsi  müsəlman  xalqlannm  fəlsəfə  tarixində 

xüsusi yer tutur. Bu təlimin yaradıcısı Azərbaycan filosofu Ş/- 

habəddin  Siihrəvardi

  (1154-1191)  olmuşdur^'Bu  fəlsəfi  təlim 

Qədim Şərq, Qədim Yunan fəlsəfəsi (xüsusən neoplatonizm) və 

təsəvvüf  (sufizm)  əsasında  yaranmış  və  formalaşmışdı./«İş- 

rak» (ərəbcə «əl-işrak» - aydınlaşdırma, işıqlandırma) sözü öz 

mənasına  görə  latın  termini  «emanasiya»  sözünə  uyğun  gəlir. 

Burada  işıq  və  zülmət  haqqında  zərdüştlüyün  açıq  təsiri 

görünür.  İşrakizmə  görə  Günəş  əşyaları  işıqlandırdığı  yə 

görünən  etdiyi  kimi,  mənəvi  şüalanma  və  yaxud  intuisiya  da 

insana  həqiqət  yolunu  göstərir.  Burada  əl-Qəzalinin  də 

Sührəvərdiyə təsiri hiss olunur. / 

117 



İşrakizm  təliminə  görə  insan  ruhu  İlahi  işıqdan  törəyən 

işıqdır.  İnsanın  bütün  fəaliyyəti  onun  daxilində  mövcud  olan 

İlahi  işığın  sayəsində  mümkün  olur.  İdarə  edən  işıq  ilə  bədən 

arasındakı  əlaqə  müvəqqəti  və  keçicidir.  Bədən  ölüb  yox 

olandan sonra bu işıq (ruh) yaşamaqda davam edir. Bədəndən 

azad olan ruh yüksək İlahi işığa qədər  yüksəlir, işıqlar işığına 

(nur-  əl-ənvərə)  doğru  hərəkət  edir,  lakin  hələlik  ona  qovuşa 

bilmir, onun ali gözəlliyini seyr edə bilir və səadətə çatır. 

Beləliklə,  Sührəvərdi  fəlsəfəsinin  əsas  məqsədi  insan 

ruhunun öz əzəli başlanğıcına doğru gedən yolu göstərməkdir. 

Bu fəlsəfə islam fikir tarixində mistisizm ilə rasional fəlsəfəni 

yaxınlaşdırmaq yolunda ilk ciddi təşəbbüsdür. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə