Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Nizami Goncəvi. İsgəndəmamə. Bakı, 1982, s.504



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə131/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   127   128   129   130   131   132   133   134   ...   540
1027 (1)

Nizami Goncəvi. İsgəndəmamə. Bakı, 1982, s.504. 

Bax: Дж.Мустафаев. Философские и этические воззрения Низами. Баку, 1962. M.Q.Qocaycv. 

Nizaminin insan fəlsəfəsi. Bakı, «Mütərcim», 1997, s.5. 

119 


VI.

 

Avropada İntibah dövrü fəlsəfəsi 

1.

 

İntibah mədəniyyətinin əsas cəhətləri 

İntibah  (frans.  Renessans)  dövrü  mədəniyyəti  hər  şeydən 

əvvəl erkən burjua cəmiyyətinin mədəniyyəti olaraq XIV əsrdə 

İtaliyada  meydana  gəlmiş  və  XV  əsrdə  orada  çiçəklənmişdir. 

XVI  əsrdə  İntibah  mədəniyyəti  ümumavropa  hadisəsi 

olmuşdur. 

İntibah  mədəniyyətinin  mərkəzində  getdikcə  gərginləşən 

şəhər  həyatı  şəraitində  yaşayan  insan  dururdu.|Bu  insanın 

mahiyyətini  başa  düşmək  üçün  o  dövrdəki  orta  əsr 

mədəniyyətinin verdiyi bilik kifayət etmirdi, bunun üçün antik 

mədəniyyətin  daha  dərindən  öyrənilməsi  tələb  olunurdu.  Elə 

buna görə də Avropa mədəniyyətinin inkişafının bu dövrü məhz 

intibah  (dirçəliş)  adlanır,  yəni  antik  mədəniyyətin  yenidən 

dirçəlişi dövrü. 

İtalyanların  şüurunda  dirçəliş  -  alman  tayfaları  qotlar  və 

vandallar,  türk  mənşəli  hunlar  tərəfindən  dağıdılan  Romanın 

əvvəlki  əzəmətini  bərpa  etmək  ideyası  ilə  sıx  əlaqədar 

olmuşdur.  «İtaliya  İntibahının  böyük  nailiyyətləri  Qərb 

ölkələrində  dərin  təəssürat  yaratmışdır.  Mədəni  dirçəlişi  arzu 

edən  maarif-  lənmiş  insanlar  antik  müdrikliyi  və  incəsənəti 

yenidən kəşf edən İtali-yaya getməyə can atırdılan>.^’ 

«Renessans» 

(«Dirçəliş») 

termini 


Yeni 

dövr 


mütəfəkkirlərinin  dəyər  haqqında  təliminin  ifadəsi  kimi 

meydana gəlir. Bu bir tərəfdən özünü şüurlu olaraq teologiya və 

sxolastika  fəlsəfəsinin  hökmranlıq  etdiyi  orta  əsrlərə  qarşı 

qoymaq, başqa tərəfdən Ağıl və Harmoniyaya pərəstiş etməyə 

çağıran antik mədəniyyət dəyərlərinə qayıtmaqdır. 

İntibah  dövrünün  fəlsəfi  məzmununu  o  vaxtkı  humanizm 

hərəkatından  ayırmaq  olmaz;  bu  hərəkatın  əsas  mərkəzi  Flo- 

rensiya oldu, çünki bu şəhər italyan İntibahının paytaxtı idi. 

5*» 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə