Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə130/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   126   127   128   129   130   131   132   133   ...   540
1027 (1)

5.

 

Mütəfəkkir şair Nizami Gəncəvi 

Nizaminin

  (1141-1209)  poeziyası  fəlsəfi  fikirlər  ilə 

zəngindir.  Onun  «İqbalnamə»  əsərində  İsgəndərin  ətrafında 

Fales, Sokrat, Platon, Aristotel və başqa yunan fılosoflan, hind 

müdrikləri kimi adamlar var. İsgəndərin yeddi müdriklərlə gizli 

söhbəti  geniş  mövzulan  əhatə  edir.  Hökmdar  müdriklərlə 

dünyanın  yaranması,  onun  başlanğıcı  və  sonu  haqqında  fikir 

mübadiləsi aparır. 

Yeni platonçuluğun da Nizamiyə müəyyən təsiri olmuşdu. O, 

ruhun başlanğıcı olan İlahi işığı bütün dünyaya işıq saçan çıraq 

hesab  edirdi.  Şairin  dünyagörüşündə  sufizm  (təsəvvüf)  xüsusi 

yer tuturdu. 

«İqbalnamə»də  səyahət  zamanı  İsgəndər  dünyada  mövcud 

olmayan xəyali xoşbəxtlər ölkəsinə gəlib çıxır. Bu yolla Nizami 

ədalətli dövlət haqqında öz fikirlərini şərh etməyə çalış- mışdir. 

Bu  ölkədə  ədalət  hökm  sürür,  bütün  insanlar  yüksək  mənəvi 

keyfiyyətə  malikdirlər.  Nizami  inanırdı  ki,  ideal  dövlət 

qurulacaq, ağıl və ədalət qalib gələcək, şər və zorakılıq aradan 

qaldınlacaqdır. 

Nizami  təxəyyülündə  Allah  İsgəndəri  peyğəmbərliyə  layiq 

bilir və mələk vasitəsi ilə ona vəhy göndərir: 

118 



«Xalqı pis yollardan et haqqa dəvət. 

Onlar da Allaha etsin itaət. 

Təzələ kökündən köhnə binanı, 

Təmizlə qəflətdən bütün dünyanı». 

«Bütün yatmışları yuxudan oyat, 

Əqlin üzündəki o niqabi at! 

Allah tərəfindən yoxsullara sən 

Verilmiş məhəbbət xəzinəsisən». 

İsgəndər isə cavab verir: 

«Məşriqdən Məğribə hücum çəkərək 

Xalqlan yuxudan oyadam gərək». 

Nizaminin  etikasında^’  ağıl  insan  ləyaqətinin  əsas  meyan 

kimi  çıxış  edir.  İnsanın  bütün  varlıqlardan  üstün  olması  onun 

ağıla malik olmasıdır. İnsan ən ali, kamil və dəyərli varlıqdır. 

İnsan  şər  üçün  deyil,  xeyirxahlıq  üçün  yaradılıb.  Nizaminin 

fikrincə,  insanın  mənəvi  kamilliyə  çatması  üçün  əməyin  rolu 

böyükdür. Əmək insanları avara və tüfeylilərdən qoruyur, onları 

başqalanna əl açmaq kimi alçaldıcı hərəkətdən xilas edir. 

Nizaminin  insan  konsepsiyası  haqqında  aşağıdakı  ümumi- 

ləşdirici  fikri  çox  maraqlıdır:  «İslamın  fəlsəfəsi,  mənəvi,  etik 

müddəaları,  onun  insan  haqqında  təlimi  Nizami  üçün 

metodoloji  başlanğıc  olmuşdu.  Bununla  yanaşı  Nizamidə  bir 

Renessans  şairi  kimi  həyata  dini  münasibətlə  yanaşı  estetik 

münasibət  də  vacib  yer  tutur.  Nizaminin  insan  konsepsiyası 

məhz  bu  iki  fundamental  təlimin  kəsişmə  nöqtəsində 

formalaşın).*® 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə