Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə123/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   119   120   121   122   123   124   125   126   ...   540
1027 (1)

Nəsirəddin  Tusidir.^^

  O,  dünya  şöhrətli  Marağa 

rəsədxanasının  əsasını  qoymuş  astronom,  riyaziyyatçı, 

coğrafiyaçı,  filosof-şair  olmuşdur.  N.Tusinin  fəlsəfi  fikirləri 

Bəhmənyar yaradıcılığının təsiri altında formalaşmışdı. O, İbn 

Sinanın  fəlsəfəsini  geniş  təfsir  etmiş,  orijinal  fikirlər  irəli 

sürmüş,  mükəmməl  əxlaqi-etik  sistem  yaratmış,  məntiqə  həsr 

edilmiş bir sıra əsərlər yazmışdır. 

N.Tusi  varlıqları  iki  qismə  bölürdü:  insanların  şəxsi 

iradəsindən  asılı  olmayanlar  və  insanlann  iradəsindən  asılı 

olanlar.  O,  müvafiq  olaraq  elmləri  də  iki  qrupa  bölürdü:  1) 

insanın  iradəsindən  asılı  olmayanlan  alim  nəzəri  hikmət 

adlandınrdı.  Buraya  Tusi  aşağıdakı  elmləri  daxil  edirdi: 

ilahiyyat və ilkin fəlsəfə, riyaziyyat, təbiət elmləri. 2) insanlann 

iradəsindən asılı olanlan Tusi əməli hikmət adlandırırdı. Əməli 

hikməti o, üç qismə bölürdü:  əxlaqın saflaşdınlması, evqurma 

qaydaları, şəhərsalma siyasəti. 

N.Tusi  geniş  elmi-təbii,  fəlsəfi  görüşlərlə  yanaşı  ictimai- 

siyasi  məsələlərə  aid  qiymətli  fikirlər  də  söyləmişdir.  Onun 

siyasət,  hüquq  və  dövlət  haqqında  yazdıqlan  əsasən  «Əxlaqi- 

Nasiri»  əsərində  toplanmışdı.  N.Tusinin  dediyinə  görə 

insanların əməlləri iki yerə - xeyir və şərə bölündüyü kimi insan 

icmaları  da  buna  uyğun  olaraq  iki  yerə  bölünür:  səbəbi  xeyir 

olanlar və səbəbi şər olanlar. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə