Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə99/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   95   96   97   98   99   100   101   102   ...   540
1027 (1)

2.

 

Sxolastika fəlsəfəsinin meydana gəlməsi və inkişafı 

Orta  əsr  Avropasında  fəlsəfənin  inkişafında  əsas  cərəyan 

sxolastika  (lat.  «schola»  -  məktəb)  olmuşdur.  Sonralar 

«sxolastika» sözü həyatdan ayrılan, praktiki cəhətdən məhsuldar 

olmayan elmin sinonimi kimi işlədilmişdir. 

Sxolastikanın məşğul olduğu əsas məsələ biliyin inama olan 

münasibətidir. Bu cərəyanın tərəfdarları belə bir tezisdən çıxış 

edirdilər ki, inam ağıldan üstündür. Sxolastikada başqa mühüm 

məsələ  ümuminin  təkə  olan  münasibətidir.  Sxolastlar  bu 

məsələnin  bir  sıra  həlli  yollarını  göstərmişdilər.  Lakin  onların 

içərisində  ikisi  daha  əsas  yer  tutur.  Birincidə  deyilirdi  ki, 

«universalis»  (lat.  «universalis»  -  ümumi)  -  ümumi  anlayışlar 

insan şüurundan və dilindən asılı olmayaraq müstəqil yaşayırlar. 

Bu  görüş 



realizm

  adlanırdı.  İkinci  yol  tərəfdarları  isə  təsdiq 

edirdilər ki, «universalis» real olaraq, insandan asılı olmayaraq 

mövcud  deyil.  Onlar  yalnız  ümumi  adlardır.  Bu  təlimə  görə 

ümumi qəbilə birliyi k i m i  «ümumiyyətlə insan» yoxdur. 

95 



real olaraq yalnız ayrı-ayn adamlar mövcuddur. «İnsan» yalnız 

ümumi addır və hər bir ayn adam bu adla adlanır. Belə görüşə 



nominalizm

 deyirdilər (lat. «nomina» - ad deməkdir). 

XII

 

əsr  Avropa  fəlsəfəsində 



mistika

  müəyyən  yer  tutur. 

Mistika  insanın  Allah  ilə  bilavasitə  ünsiyyətə  girmək,  öz 

şəxsiyyətini  Allahın  şəxsiyyətində  «əritmək»  qabiliyyətinə 

deyilir. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə